İran Pakistanın atəşkəs və müharibənin dayandırılması üçün vasitəçilik səylərini alqışlayır
BAKI, Azərbaycan, 25 aprel. İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Pakistanın baş naziri Şehbaz Şəriflə görüşündə deyib ki, İran ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına son qoymaq, atəşkəs rejimini bərpa etmək və ABŞ-İran danışıqlarına ev sahibliyi etmək üçün Pakistanın vasitə

BAKI, Azərbaycan, 25 aprel. İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Pakistanın baş naziri Şehbaz Şəriflə görüşündə deyib ki, İran ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına son qoymaq, atəşkəs rejimini bərpa etmək və ABŞ-İran danışıqlarına ev sahibliyi etmək üçün Pakistanın vasitəçilik səylərini alqışlayır Onun sözlərinə görə, İran qonşu ölkələrlə, xüsusilə də Pakistanla bütün aspektlərdə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Pakistan İranın xarici siyasətində xüsusi mövqeyə malikdir və İran iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin tərəfdarıdır Görüşdə Pakistanın baş naziri Şahbaz Şərif də bildirib ki, çoxtərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ikitərəfli əməkdaşlığın inkişafı Pakistan və İran üçün mühüm əhəmiyyət kəsb edir. Bu proses iki qonşu ölkənin birgə səyləri ilə davam etdiriləcək Əraqçi yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə ötən gecə Pakistana səfər edib Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Aprelin 21-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, atəşkəs rejimini İran öz təklifini təqdim edənə və bu və ya digər şəkildə müzakirələr yekunlaşana qədər uzadıb


.webp&w=2048&q=70)