İran ABŞ-ın "vurduq" dediyi hərbi gəminin görüntülərini yayıb
Hörmüz boğazında son 24 saat ərzində gərginlik kifayət qədər yüksək olub. İran İnqilab Keşikçiləri Qvardiyasına yaxın olan Fars Xəbər Agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisinin “dayan” xəbərdarlığına əməl etmədiyi üçün boğaza girmək istədiyini və iki raketlə hədəf alındığını iddia edi

Hörmüz boğazında son 24 saat ərzində gərginlik kifayət qədər yüksək olub. İran İnqilab Keşikçiləri Qvardiyasına yaxın olan Fars Xəbər Agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisinin “dayan” xəbərdarlığına əməl etmədiyi üçün boğaza girmək istədiyini və iki raketlə hədəf alındığını iddia edib. “Reuters”in məlumatına görə, İran tərəfi gəminin Jask sahillərində dayandırıldığını və boğaza buraxılmadığını bildirib. Hücumdan sonra gəmi öz istiqamətini saxlaya bilməyib və geri dönmək məcburiyyətində qalıb İddialardan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verib. CENTCOM İrandan gələn “ABŞ döyüş gəmisinin vurulduğu” xəbərini rədd edərək, ABŞ donanmasının heç bir elementinin hədəf alınmadığını açıqlayıb. Açıqlamada ABŞ qüvvələrinin Hörmüz boğazında “Project Freedom” missiyasını davam etdirdiyi bildirilib. Jerusalem Post-a danışan ABŞ rəsmisi də İranın raket zərbəsi iddiasının doğru olmadığını bildirib İddialardan sonra İran mediası sözügedən hücuma aid olduğu iddia edilən görüntüləri təqdim edib. Videoda dənizdə üzən döyüş gəmisinə bənzəyən elementin yaxınlığında su altında partlayışların baş verdiyi və partlayışlardan sonra gəminin ətrafında su sütunlarının əmələ gəldiyi görülüb. Görüntülərdə gəmidə heç bir bayraq və ya fərqləndirici işarənin aydın görünməməsi diqqət çəkib İran tərəfi görüntülərin nə vaxt qeydə alındığı barədə məlumat paylaşmayıb. Buna görə də videonun Hörmüz boğazında baş verən son hadisələrlə əlaqəsi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib


