Tenqri
Ana Səhifə
Siyasət

İran yaşayış binalarında günəş sistemlərini genişləndirəcək - rəsmi

BAKI, Azərbaycan, 19 may. İran yaşayış binalarında günəş sistemlərinin tətbiqini genişləndirməyə hazırlaşır, Trend -in məlumatına görə, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian deyib Bunu nazir müavini Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsind

0 baxıştrend.az
İran yaşayış binalarında günəş sistemlərini genişləndirəcək - rəsmi
Paylaş:

BAKI, Azərbaycan, 19 may. İran yaşayış binalarında günəş sistemlərinin tətbiqini genişləndirməyə hazırlaşır, Trend -in məlumatına görə, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian deyib Bunu nazir müavini Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “D-8 ölkələrinin yüksək səviyyəli enerji və şəhər dialoqu” tədbirində çıxışı zamanı deyib O qeyd edib ki, su qıtlığı, iqlim dəyişikliyi, suya həssas planlaşdırma və enerji istehlakının idarə edilməsi son illərdə İranın şəhərsalma siyasətində əsas prioritetlər kimi ortaya çıxıb Onun sözlərinə görə, hazırlığına təxminən beş il əvvəl başlanmış yeni nəsil kompleks şəhərsalma planlarında bu məsələlər xüsusi yer tutur "Qərbi Azərbaycan vilayətində yerləşən Xomir şəhəri, eləcə də digər yaşayış məntəqələri üçün nəzərdə tutulmuş şəhərsalma çərçivələri məhz bu yanaşma əsasında təsdiqlənib. İsfahan üçün hazırlanmış oxşar planlar yaxın vaxtlarda İranın Şəhərsalma və Memarlıq Ali Şurası tərəfindən təsdiqini gözləyir", - o deyib Nazir müavini qeyd edib ki, qlobal enerji balansı böhranının dərinləşdiyi bir şəraitdə enerji istehlakının artması və istehsal imkanlarının məhdudluğu sənaye və xidmət sektorlarında enerji təchizatını çətinləşdirir "İranda binalar ümumi illik enerji istehlakının 40%-dən çoxunu təşkil edir. Bu səbəbdən tikinti sektoru xüsusilə elektrik enerjisinə tələbatın yüksək olduğu dövrlərdə enerjinin idarə edilməsində mühüm əhəmiyyət kəsb edir", - Kazemian vurğulayıb O əlavə edib ki, ölkənin bir çox regionlarında ildə 300-dən çox günəşli günün olması onun bərpa olunan enerji potensialını artırır və günəş enerjisi investisiyalarının genişləndirilməsini zəruri edir Kazemian bəyan edib ki, İranın Yollar və Şəhərsalma Nazirliyi Energetika Nazirliyi və İnşaat Mühəndisliyi Təşkilatı ilə birlikdə yaşayış binalarında günəş sistemlərinin tətbiqinin genişləndirilməsinə dair anlaşma memorandumu imzalamağa hazırlaşır "Layihə "Tikinti mühəndisliyi və nəzarəti haqqında" qanun çərçivəsində həyata keçiriləcək. Təşəbbüs mərkəzlərinin əsas məqsədi tikinti sektorunda enerji istehlakının azaldılması və strukturların enerjiyə olan tələbatının müəyyən hissəsinin günəş panelləri vasitəsilə ödənilməsidir. Bu məqsədlə texniki və mühəndis dəstəyin tətbiqi, maliyyə stimullaşdırılması, kredit mexanizmlərinin tətbiqi hələ də nəzərdən keçirilir", - o qeyd edib Nazir müavininin sözlərinə görə, layihənin maliyyələşdirilməsi enerjiyə qənaət və İran Enerji Birjasında satılan enerjiyə qənaət sertifikatları hesabına əldə edilən vəsait hesabına təmin ediləcək O xatırladıb ki, 1995-ci ildə qəbul edilmiş “Tikinti mühəndisliyi və nəzarəti haqqında” Qanun binaların layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı texniki standartları müəyyən edir “Son 30 il ərzində binalarda enerji istehlakının azaldılmasını hədəfləyən ardıcıl tədbirlər “Enerji istehlakına qənaət” adlı 19-cu Bölmə çərçivəsində inkişaf etdirilmişdir”, o əlavə edib Kazemian qeyd edib ki, həmin bölmənin “Binalarda enerjinin idarə edilməsi” adlı son nəşri layihələndirmə, tikinti və istismar mərhələlərində iştirak edən bütün tərəflər üçün məcburi öhdəliklər müəyyən edir "Sənədin beşinci nəşri yaşıl bina reytinqləri üçün A, B, C və D səviyyələrini təyin edən ilk dəfə binanın həyat dövrünün qiymətləndirilməsi sistemini təqdim edir. Yeni yanaşmaya əsasən, enerji səmərəliliyi həm tənzimləyici göstəricilər, həm də enerji səmərəliliyi simulyasiyaları əsasında qiymətləndirmədən keçir", - Kazemian yekunlaşdırıb Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada yaşayış: Təhlükəsiz və davamlı şəhərlər və icmalar” mövzusunda keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler