İran ABŞ-ın öz tankerinə və rabitə mərkəzinə hücumlarını pisləyib
BAKI, Azərbaycan, 3 iyun. İran ABŞ-ın ötən gecə Hörmüz boğazında İran neft tankerinə və Hörmüzqan vilayətinin Qeşm adasındakı rabitə qovşağına hücumunu kəskin şəkildə pisləyir, İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Bəyanata görə, bu hücumlar 8 aprel atəşkəs razılaşmasının pozulması, e

BAKI, Azərbaycan, 3 iyun. İran ABŞ-ın ötən gecə Hörmüz boğazında İran neft tankerinə və Hörmüzqan vilayətinin Qeşm adasındakı rabitə qovşağına hücumunu kəskin şəkildə pisləyir, İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Bəyanata görə, bu hücumlar 8 aprel atəşkəs razılaşmasının pozulması, eləcə də BMT Nizamnaməsi və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilir İran Xarici İşlər Nazirliyi region ölkələrinin ərazisindən İrana qarşı hücumlar üçün istifadə edən ABŞ-ın hərəkətlərini pisləyib və Küveyt və Bəhreynə dünən gecəki hücuma görə məsuliyyət daşıdıqlarını xatırladıb “İrana qarşı hərbi hücumun həyata keçirilməsi və ya onun ərazisində yerləşən hərbi bazalarından istifadə imkanının yaradılması beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulmasıdır və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə uyğun olaraq aqressiv addım hesab olunur”, - deyə bəyanatda vurğulanıb Nazirlik qeyd edib ki, İran ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək, hücumlara cavab vermək, o cümlədən hücumların həyata keçirildiyi yerləri vurmaq üçün bütün imkanlarından istifadə edəcək


