İran Hörmüz boğazı üzərində ABŞ-a məxsus Apaçi helikopterini vurdu - Tramp
BAKI, Azərbaycan, 9 iyun. İran hərbçiləri Amerikanın Apaçi helikopterini vurublar. Bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social səhifəsində yazıb "Böyük Hərbçilərimizdən mənə indicə məlumat verdilər ki, dünən gecə iranlılar Hörmüz boğazında patrul xidməti apararkən bizim yüksək səviyyəli Apa

BAKI, Azərbaycan, 9 iyun. İran hərbçiləri Amerikanın Apaçi helikopterini vurublar. Bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social səhifəsində yazıb "Böyük Hərbçilərimizdən mənə indicə məlumat verdilər ki, dünən gecə iranlılar Hörmüz boğazında patrul xidməti apararkən bizim yüksək səviyyəli Apaçi helikopterlərimizdən birini vurublar. İştirak edən iki pilot var idi, hər ikisi təhlükəsizdir və xəsarət almayıb", - Tramp yazıb Eyni zamanda, Amerika lideri ABŞ-ın baş verənlərə cavab verməli olduğuna inandığını vurğulayıb. “Bununla belə, Birləşmiş Ştatlar zərurətdən bu hücuma cavab verməlidir”, o əlavə edib


