Tenqri
Ana Səhifə
Dünya

İran ABŞ-da keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin rəhbərini açıqlayıb

BAKI, Azərbaycan, 8 aprel. Trend in xəbər verdiyi kimi, aprelin 10-da Pakistanın İslamabad şəhərində ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Bağır Qalibaf başçılıq edəcək Müzakirələrdə ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik edəcək Danışıqlar İranı

0 baxıştrend.az
İran ABŞ-da keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin rəhbərini açıqlayıb
Paylaş:

BAKI, Azərbaycan, 8 aprel. Trend in xəbər verdiyi kimi, aprelin 10-da Pakistanın İslamabad şəhərində ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Bağır Qalibaf başçılıq edəcək Müzakirələrdə ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik edəcək Danışıqlar İranın 10 bəndlik təkliflər paketi çərçivəsində aparılacaq Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlara imkan vermək üçün təxminən iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Razılaşmanın Pakistanın vasitəçiliyi ilə edildiyi bildirilir. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandırır və danışıqlara hazırlaşır

Kaynak: trend.az

Diğer Haberler