İran hava hücumlarından sonra Tehranın Şəhriyar əyalətində ölənlərin sayını açıqlayıb
BAKI, Azərbaycan, 7 aprel. İranın Tehran vilayətinin Şəhriyar əyalətinin yaşayış massivində ABŞ və İsrail hərbi hava qüvvələrinin ötən gecə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb Onun sözlərinə görə, hərbi hava zərbələri nəticəsində 15 nəfər xəsarət alıb. Eyni zamanda xilaset
BAKI, Azərbaycan, 7 aprel. İranın Tehran vilayətinin Şəhriyar əyalətinin yaşayış massivində ABŞ və İsrail hərbi hava qüvvələrinin ötən gecə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb Onun sözlərinə görə, hərbi hava zərbələri nəticəsində 15 nəfər xəsarət alıb. Eyni zamanda xilasetmə əməliyyatı da davam edir Rəhimi qeyd edib ki, hərbi hava hücumları güclü partlayışa səbəb olub. Ona görə də uçqunların təmizlənməsi xilasedicilərə çətinlik yaradır Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir


