Tenqri
Ana Səhifə
Dünya

İran Tehranın Baharistan vilayətində ölənlərin sayını açıqlayıb

BAKI, Azərbaycan, 6 aprel. İranın Tehran vilayətinin Baharistan əyalətində ötən gecə ABŞ və İsrail hərbi hava hücumları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, bu barədə əyalətin qubernatoru Əbdülhəmid Şərafi yerli mətbuata bildirib Onun sözlərinə görə, hazırda xəstəxanada 7 yaralının müalicəs

0 baxıştrend.az
İran Tehranın Baharistan vilayətində ölənlərin sayını açıqlayıb
Paylaş:

BAKI, Azərbaycan, 6 aprel. İranın Tehran vilayətinin Baharistan əyalətində ötən gecə ABŞ və İsrail hərbi hava hücumları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, bu barədə əyalətin qubernatoru Əbdülhəmid Şərafi yerli mətbuata bildirib Onun sözlərinə görə, hazırda xəstəxanada 7 yaralının müalicəsi davam etdirilir. Qalan yaralılar ambulator müalicədən sonra evə buraxılıblar Şərafi bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində 4 yaşayış binası dağıdılıb, 40-dan çox mənzil və avtomobilə ziyan dəyib Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler