İran xəbərdarlıq edir: Biz müharibəyə hazırıq
İran parlamentinin spikeri, danışıqlar qrupunun rəhbəri Məhəmməd-Bağer Qalibaf bildirib ki, Tehran ABŞ-la danışıqlara baxmayaraq, hərbi əməliyyatlara hazırdır "Biz memorandumun həyata keçirilməsində israr edirik və hazırda dialoq aparırıq. Əgər onlar (ABŞ) bu dialoq zamanı öz öhdəliklərini yerinə

İran parlamentinin spikeri, danışıqlar qrupunun rəhbəri Məhəmməd-Bağer Qalibaf bildirib ki, Tehran ABŞ-la danışıqlara baxmayaraq, hərbi əməliyyatlara hazırdır "Biz memorandumun həyata keçirilməsində israr edirik və hazırda dialoq aparırıq. Əgər onlar (ABŞ) bu dialoq zamanı öz öhdəliklərini yerinə yetirmək istəmirlərsə, o zaman biz müharibəyə hazırıq", - Qalibaf İran televiziyasında deyib Onun sözlərinə görə, anlaşma memorandumunda nəzərdə tutulan şərtlər yerinə yetirilməyənə və hazırkı görüşlər üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə yönəlməyənə qədər İran növbəti danışıqlara getməyəcək "Pakistanın baş nazirinin müharibənin başa çatdığını elan etməsi və Donald Trampın dəniz blokadasının ləğvi ilə bağlı tvitləri anlaşma memorandumunun əsas uğurları arasında idi", - Qalibaf deyib İran parlamentinin sədri deyib ki, İran hazırda ABŞ-la memorandumun konkret müddəalarının icrasına zəmanət verməyə çalışır. Memorandumun müddəaları yerinə yetirilməsə, Tehran İranın nüvə proqramının nizamlanması ilə bağlı Vaşinqtonla danışıqların növbəti mərhələsinə keçməyəcək “Biz dostla deyil, vədlərinə əməl etməyən və fürsət tapan kimi bizə qarşı mütləq tədbir görəcək düşmənlə danışıqlar aparırıq”, - Qalibaf əlavə edib İranın danışıqlar qrupunun rəhbəri həmçinin bildirib ki, ABŞ İrana qarşı dəniz blokadasını tamamilə aradan qaldırıb. Qalibaf bildirib ki, İran artıq 40 milyon bareldən çox neft ixrac edib


