İran ABŞ-ı pisləyir
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Sirik şəhəri və Qeşm adasına bir gecədə hücumunu pisləyib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu addım aprelin 8-də əldə olunmuş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır İran silahlı qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində bu təcavüzkar

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Sirik şəhəri və Qeşm adasına bir gecədə hücumunu pisləyib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu addım aprelin 8-də əldə olunmuş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır İran silahlı qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində bu təcavüzkar addıma mütənasib və təsirli cavab verdiyi və hücumla qarşıya qoyulan məqsədlərin reallaşmasına imkan vermədiyi vurğulanır Bəyanatda həmçinin deyilir ki, ABŞ tərəfindən atəşkəsi dəfələrlə pozması Vaşinqtonun gərginliyi azaltmaq və sabitliyə qayıtmaq niyyətinin olmadığını göstərir Qeyd edilir ki, ABŞ-ın avantürist hərəkətləri regionun təhlükəsizliyinə ciddi təhdid yaradır və bu qeyri-qanuni hərəkətlərə və mümkün eskalasiyaya görə məsuliyyət Amerika hökumətinin üzərinə düşəcək İran Xarici İşlər Nazirliyi region ölkələrini mehriban qonşuluq prinsipinə riayət etməyə və təcavüzkar dövlətlərin öz ərazilərindən və imkanlarından İrana qarşı hücumlar üçün istifadə etməsinə imkan verməməyə çağırıb Sonda İran Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının baş katibinə, BMT Təhlükəsizlik Şurasına və digər müvafiq beynəlxalq strukturlara müraciət edərək, atəşkəs rejiminin pozulmasına və ABŞ-ın qanunsuz hərəkətlərinə dərhal və effektiv cavab verməyə çağırıb


