İran və Oman Hörmüz boğazından gəmilərin təhlükəsiz tranziti üçün yeni tədbirləri müzakirə ediblər
BAKI, Azərbaycan, 6 aprel. İran və Oman hazırda Hörmüz boğazından gəmilərin təhlükəsiz keçməsi üçün çərçivənin hazırlanması üzrə danışıqlar aparırlar, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bu gün Tehranda keçirdiyi mətbuat konfransında bildirib Bəqayi bu müzakirələrin razılıq əldə ol

BAKI, Azərbaycan, 6 aprel. İran və Oman hazırda Hörmüz boğazından gəmilərin təhlükəsiz keçməsi üçün çərçivənin hazırlanması üzrə danışıqlar aparırlar, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bu gün Tehranda keçirdiyi mətbuat konfransında bildirib Bəqayi bu müzakirələrin razılıq əldə olunana qədər davam edəcəyini vurğulayıb O, daha sonra qeyd edib ki, bu yaxınlarda İran və Oman xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılıb və bu danışıqlar hər iki ölkənin dəniz gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsində prioritet olduğunu əks etdirir Sözçü həmçinin İranın beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər gördüyünü bir daha vurğulayıb. O, İranın İrana hücum edən ölkələrdən gəmilərin keçməsinə icazə verməyəcəyini açıqlayıb Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

