İran qəzəbini ərəblərə yaydı - yeniləndi 15:48
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailin İranın neft-kimya sənayesi və digər infrastrukturlarına zərbələr endirməsinə cavab olaraq Yaxın Şərqdəki bir sıra hədəflərə iri pilotsuz uçuş aparatları ilə zərbələr endirib İran tərəfinin məlumatına görə, zərbələr İsrailin Dimona yaxınlığındakı n

İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailin İranın neft-kimya sənayesi və digər infrastrukturlarına zərbələr endirməsinə cavab olaraq Yaxın Şərqdəki bir sıra hədəflərə iri pilotsuz uçuş aparatları ilə zərbələr endirib İran tərəfinin məlumatına görə, zərbələr İsrailin Dimona yaxınlığındakı neft-kimya sənayesinin elektrik stansiyasına və yanacaq anbarına, Cebel Əli (BƏƏ) limanındakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Təmir və Baxım Mərkəzinə, həmçinin Küveytdəki Əhməd əl-Cabir aviabazasında ABŞ hərbçilərinin yerləşdiyi radar sistemlərinə və yerləşdirmə obyektlərinə endirilib Öz növbəsində “Əl-Cəzirə” xəbər verib ki, İran İnqilabı Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanının Cübeyl bölgəsindəki neft-kimya obyektlərinə hücum etmək üçün raket və dronlardan istifadə edib İran tərəfinin sözlərinə görə, hücumlar İsrailin Şirazdakı neft-kimya kompleksinə əvvəlki zərbələrinə cavabdır SEPAH, Sadra, ExxonMobil və Dark Chemical daxil olmaqla, ABŞ şirkətləri ilə əlaqəli obyektlərin də hədəf alındığını bildirib Bundan əlavə, korpusun məlumatına görə, Amerikanın Shourdan Phillips şirkətinə məxsus Əl-Xuveymdəki neft-kimya kompleksinə zərbələr endirilib İnqilab Keşikçiləri Korpusu “ABŞ-ın və müttəfiqlərinin infrastrukturuna elə zərbə endirməklə, Amerika və onun tərəfdaşlarının regionda uzun illər neft və qaz əldə etmək imkanından məhrum ediləcəyi” ilə yanaşı, “ABŞ-da körpülərə və infrastruktura zərbə endirməklə” hədələyib Xəbərdarlıq ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açılmayacağı təqdirdə elektrik stansiyalarına və körpülərə hücum edəcəyi ilə hədələdiyi bir vaxta təsadüf edir İran İnqilabı Keşikçiləri Korpusu Fars körfəzinin ərəb dövlətlərinə də yeni xəbərdarlıq edib "ABŞ-ın regional tərəfdaşları bilməlidirlər ki, biz bu günə qədər mehriban qonşuluqdan narahat olduğumuz üçün böyük təmkin nümayiş etdirmişik və cavab tədbirlərimiz üçün hədəf seçərkən bir çox amilləri nəzərə almışıq, lakin indi bütün bu məhdudiyyətlər aradan qaldırılıb", - bəyanatda deyilir


