İran Amerikanın müttəfiqlərinə “çətinlik” vəd edir
İran ordusunun sözçüsü Mohammad Akraminia xəbərdarlıq edib ki, ABŞ-ın İrana qarşı sanksiyalarını tətbiq edən istənilən ölkə Hörmüz boğazından keçməkdə "çətinliklə" üzləşəcək. Bu barədə Tasnim agentliyi məlumat yayıb “ABŞ-ın İrana qarşı sanksiyalarına əməl edən ölkələrin gəmiləri bundan sonra Hörmüz

İran ordusunun sözçüsü Mohammad Akraminia xəbərdarlıq edib ki, ABŞ-ın İrana qarşı sanksiyalarını tətbiq edən istənilən ölkə Hörmüz boğazından keçməkdə "çətinliklə" üzləşəcək. Bu barədə Tasnim agentliyi məlumat yayıb “ABŞ-ın İrana qarşı sanksiyalarına əməl edən ölkələrin gəmiləri bundan sonra Hörmüz boğazından keçməkdə çətinlik çəkəcək”, - o deyib Akraminia həmçinin qeyd edib ki, ABŞ və İsrailə qarşı hərbi münaqişə İranı “Hörmüz boğazının geosiyasi potensialından istifadə etməyə” məcbur edib və indi İslam Respublikası onun üzərində “suverenlikdən istifadə edir”. O əlavə edib ki, indi boğazdan keçmək istəyən hər bir gəmi “hərəkətlərini İranla əlaqələndirməlidir”. Ordu sözçüsünə görə, bu addımlar “İrana çoxlu fayda gətirə bilər”


