İran vurdu? ABŞ təyyarəsi "təcili" siqnalı verib və radardan itib
Yaxın Şərqdə bir-birinin ardınca gedən proseslərə yenisi əlavə edilib. İranın “ABŞ döyüş gəmilərini vurduq” iddiasından və BƏƏ-dəki neft obyektinə hücumundan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq dolduran təyyarənin Hörmüz boğazı üzərində təcili siqnal verdiyi iddia edilib Flightradar24

Yaxın Şərqdə bir-birinin ardınca gedən proseslərə yenisi əlavə edilib. İranın “ABŞ döyüş gəmilərini vurduq” iddiasından və BƏƏ-dəki neft obyektinə hücumundan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq dolduran təyyarənin Hörmüz boğazı üzərində təcili siqnal verdiyi iddia edilib Flightradar24 beynəlxalq uçuş izləmə platformasının məlumatlarına əsaslanan məlumata görə, bölgədə gərginlik davam edərkən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing KC-135R Stratotanker tipli hava yanacaqdoldurma təyyarəsi İran sahillərində uçarkən “7700” kodunu yayımlayıb. Aviasiyada “ümumi fövqəladə hal” mənasını verən bu siqnal təyyarədə ciddi texniki nasazlığın, kabin təzyiqinin itirilməsi və ya xarici təhlükənin mümkünlüyündən xəbər verir İddia edilib ki, fövqəladə vəziyyət kodundan sonra sözügedən təyyarə Hörmüz boğazı üzərində öz marşrutu üzrə hündürlüyünü itirib və tezliklə mülki aviasiya radarlarından itib. Təyyarənin taleyi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun dənizə düşməsi, təcili eniş etməsi və ya ərazini tərk etməsi bəlli deyil Hadisənin ardınca Qətərdə yerləşən və ABŞ-ın bölgədəki ən mühüm bazalarından biri kimi tanınan Əl Udeyd aviabazasında da fəaliyyətin olduğu iddia edilib. H125 tipli iki helikopterin fövqəladə kodla havaya qalxaraq Hörmüz istiqamətində hərəkət etdiyi bildirilərkən, bu, axtarış-xilasetmə işlərinə başlanıldığı iddialarını gündəmə gətirib


