İran: "İsrail Livandan çəkilməyincə sülh olmayacaq"
İran İnqilab Keşikçiləri Korpusu İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasına reaksiya verib və bəyan edib ki, İsrail işğal etdiyi Livan torpaqlarından çəkilməsə, bölgədə sülh ola bilməz. İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Ordusu İsrailin Livana hücumları

İran İnqilab Keşikçiləri Korpusu İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasına reaksiya verib və bəyan edib ki, İsrail işğal etdiyi Livan torpaqlarından çəkilməsə, bölgədə sülh ola bilməz. İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Ordusu İsrailin Livana hücumları ilə bağlı yazılı açıqlama verib Bəyanatda beynəlxalq qurumların, ölkələrin və dünya xalqlarının müqavimətinin Təl-Əviv idarəçilərinə heç bir təsiri olmadığı, ABŞ-ın müdaxilələrinin isə İsrailin törətdiyi cinayət və soyqırımların artmasından başqa heç bir nəticəsi olmadığı bildirilib. Açıqlamada ABŞ və Avropa ölkələrinin dəstəyinə baxmayaraq, İsrailin bölgə xalqının könlünü ala bilməyərək xaraba torpaqlara hakim olduğu bildirilib və İsrailin hər gün fələstinlilərin və livanlıların evlərini sökdüyü vurğulanıb İran hazırkı razılaşmanın legitimliyini tanımayıb və Livan xalqını müqavimətə çağırıb. Bəyanatda aşağıdakı ifadələr yer alıb: “Livan xalqı uşaq öldürən Amerika rejiminin tətbiq etdiyi müqavilənin dəstəyi ilə qəsbkar rejimin müharibədə əldə edə bilmədiyi şeyə nail olmasına imkan verməyəcək” Açıqlamada İranın atəşkəsi qəbul etməsinin Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəsə bağlı olduğu və İsrailə qarşı hərbi tələblərin belə sıralandığı bildirilib: Düşmən Livan xalqına qarşı hücumlarını dərhal dayandırmalı, işğal olunmuş Livan torpaqlarını boşaltmalı, beynəlxalq sərhədlərə çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır”. İnqilab Keşikçiləri Ordusu açıq şəkildə vurğuladı ki, İsrailin işğal etdiyi Livan torpaqlarını tamamilə tərk etmədən bölgədə heç bir daimi sülh əldə edilə bilməz


