İran və ABŞ bir-birlərinə hücum etdiklərini bildiriblər
Tasnim xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına zərbələr endirib İran İnqilabı Keşikçiləri Korpusu qeyd edib ki, raketlər və dronların iştirakı ilə bir hücum ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına düşüb. Zərbələr

Tasnim xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarına zərbələr endirib İran İnqilabı Keşikçiləri Korpusu qeyd edib ki, raketlər və dronların iştirakı ilə bir hücum ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına düşüb. Zərbələr Qeşm adasının cənubunda neft tankerinə və SEPAH telekommunikasiya qülləsinə edilən hücumlara cavab olaraq həyata keçirilib SEPAH daha sonra əlavə edib ki, zərbə Amerika neft tankeri Panaya da vurulub "Biz əvvəllər xəbərdarlıq etmişdik ki, hücum olarsa, cavab fərqli və daha sərt olacaq və biz də məhz belə etdik. Bu cavablar dərs olmalıdır", - IRGC-nin bəyanatında deyilir Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti İranın bütün hücumlarının uğursuzluqla nəticələndiyini bildirib. “ABŞ ordusu ayıq-sayıqdır və İranın əsassız təcavüzünə qarşı müdafiəyə hazırdır”, - deyə məlumatda bildirilir ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Küveyt və Bəhreynə ballistik raketlərlə hücum cəhdlərinə cavab olaraq İranın Qeşm adasına zərbələr endirib “ABŞ Silahlı Qüvvələri iyunun 2-də İranın bir neçə ballistik raket və PUA-larını uğurla məhv edib, həmçinin İranın bütün Yaxın Şərqdə hücum cəhdlərinə cavab olaraq Qeşm adasına özünümüdafiə zərbələri endirib”, - komandanlığın X sosial şəbəkəsindəki mesajında deyilir


