İran və İraq əl sıxdı
İraq və İran birgə sərhəddə silahlı qrupların hərəkətinin qarşısını almağa razılaşıblar. Bu barədə İraq baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasım əl-Aracinin mətbuat xidməti məlumat yayıb “Tərəflər təhlükəsizlik sahəsində birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarəti tədbir

İraq və İran birgə sərhəddə silahlı qrupların hərəkətinin qarşısını almağa razılaşıblar. Bu barədə İraq baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasım əl-Aracinin mətbuat xidməti məlumat yayıb “Tərəflər təhlükəsizlik sahəsində birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarəti tədbirlərinin gücləndirilməsinin və hər iki ölkədə və regionda təhlükəsizlik və sabitliyə təhdid yarada biləcək terrorçu və ya silahlı qrupların hər hansı sızmasının və ya hərəkətinin qarşısının alınmasının vacibliyini vurğuladılar”, - deyə İraq və İran Ali Təhlükəsizlik Komitəsinin Bağdadda keçirilən iclasının yekunlarına dair bəyanatda deyilir Sənəddə vurğulanır ki, İran tərəfi “İraq Kürdüstanının muxtar bölgəsində mövcud olan bəzi İran silahlı qruplarının fəaliyyəti haqqında məlumat verib”. Qeyd olunur ki, ikitərəfli təhlükəsizlik komitəsinin iclası zamanı “bu məsələnin hərtərəfli həlli üçün lazımi tədbirlərin görülməsinə dair razılıq əldə olunub”


