Tenqri
Ana Səhifə
Dünya

İran heç vaxt təslim olmayacaq! - Pezeşkian

İran İslam Respublikasının Prezidenti Masud Pezeşkian mərhum ali lider Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edib. Modern.az xəbər verir ki, “Tasnim” agentliyi Pezeşkianın çıxışından sitatlar dərc edib. “Düşmənlər düşünürdülər ki, üç gün ərzində İranı kökündən məhv edə və öz mə

0 baxışmodern.az
İran heç vaxt təslim olmayacaq! - Pezeşkian
Paylaş:

İran İslam Respublikasının Prezidenti Masud Pezeşkian mərhum ali lider Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edib. Modern.az xəbər verir ki, “Tasnim” agentliyi Pezeşkianın çıxışından sitatlar dərc edib. “Düşmənlər düşünürdülər ki, üç gün ərzində İranı kökündən məhv edə və öz məkrli planlarını ölkədə həyata keçirə bilərlər. Lakin xalqın birliyi bütün bu təsəvvürləri puça çıxardı”, - Prezident vurğulayıb O deyib ki, əsas prioritet ölkə daxilində birlik və həmrəylikdir. Düşmənlər fikir ayrılıqlarını dərinləşdirməyə çalışırlar, lakin heç bir ölkəni təyyarələr və bombardmanlarla təslim olmağa məcbur etmək mümkün deyil “Bu qədər kiçik əraziyə malik olan Qəzzanı təslim edə bilməyiblərsə, şübhəsiz ki, İranı da təhdidlərlə təslim olmağa məcbur edə bilməzlər. İran heç vaxt təslim olmayacaq” Pezeşkian deyib ki, müharibə və qarşıdurma şəraitində ölkəni idarə etmək asan iş deyil O bildirib ki, mərhum Xameni ilə söhbətlərində əsas məsələ ölkəni bu vəziyyətdən çıxarmaq və danışıqların davam etdirilməsi olub. Nəticədə problemlərin həlli üçün danışıqların davam etdirilməsinə icazə verilib Prezident vurğulayıb: “Biz ‘nə müharibə, nə də sülh’ vəziyyətindən çıxmalıyıq. Müharibə ölkənin xeyrinə deyil. Amma əgər düşmənlər İranın ləyaqətinə, torpağına və ərazi bütövlüyünə təcavüz etmək istəsələr, biz heç vaxt təslim olmayacaq və geri çəkilməyəcəyik. Düşmən belə bir şeyi xəyalına belə gətirməməlidir” O əlavə edib ki, ölkənin gələcəyini böhranlardan və çətinliklərdən xilas etmək üçün bütün təbəqələrin, etnik qrupların və qadın-kişi fərqi olmadan bütün vətəndaşların əməkdaşlığı və həmrəyliyi vacibdir

Kaynak: modern.az

Diğer Haberler

İran heç vaxt təslim olmayacaq! - Pezeşkian | Tenqri