Tenqri
Ana Səhifə
Dünya

İran hədələyir: İsrail "sərt cavab" gözləyir - yenilənib 23:23

İsrail Livanın cənubundakı hücumları dayandırmasa, “sərt cavab”a hazırlaşmalıdır. Fars agentliyi İran silahlı qüvvələrinin əməliyyat qərargahının Xatəm əl-Ənbiya xəbərdarlığını dərc edib Bəyanatda deyilir: "Son 2 gün ərzində İsrail Livanın cənubunda atəşkəsi 84 dəfə pozub. Biz xəbərdarlıq edirik k

0 baxışhaqqin.az
İran hədələyir: İsrail "sərt cavab" gözləyir - yenilənib 23:23
Paylaş:

İsrail Livanın cənubundakı hücumları dayandırmasa, “sərt cavab”a hazırlaşmalıdır. Fars agentliyi İran silahlı qüvvələrinin əməliyyat qərargahının Xatəm əl-Ənbiya xəbərdarlığını dərc edib Bəyanatda deyilir: "Son 2 gün ərzində İsrail Livanın cənubunda atəşkəsi 84 dəfə pozub. Biz xəbərdarlıq edirik ki, sionist rejim ordusu hücumlarını dayandırmasa, İsrail İran İslam Respublikasının silahlı qüvvələrinin sərt cavabını gözləməlidir" Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Livanda hərbi əməliyyatlara son qoyulması ABŞ ilə razılaşmanın bir hissəsidir: "İsrail Livan ərazisinə hücumları dayandırmalı və qoşunlarını Livandan tamamilə çıxarmalıdır. Bunu etməməsi İran tərəfindən razılaşmanın pozulması kimi qəbul ediləcək" İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Livanın cənubundakı Nəbatiyyə əl-Favqa, Meyfadun və Şouqin qəsəbələrinə zərbələr endirib, nəticədə 4 Hizbullah üzvü həlak olub. Bu barədə “Əl Markaziya” agentliyi məlumat yayıb Onun sözlərinə görə, İsrail pilotsuz təyyarələrinin hədəfi Hizbullah üzvlərinə məxsus avtomobillər olub Raketlər vurulan zaman maşınlar alovlanıb və onlarda olan hərbçilər aldığı xəsarətlərdən ölüb

Kaynak: haqqin.az

Diğer Haberler