İran Baş Qərargahından ABŞ-a sərt cavab: “Yenə bataqlığa düşəcəksən!”
İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın İran ərazisinə və ya maraqlarına qarşı mümkün hərbi müdaxilələrə qarşı xəbərdarlıq edərək, regionda tarazlığı sarsıdacaq hərbi ssenarilərin müzakirə edildiyini ifadə edib İranın yarı rəsmi Fars Xəbər Agentliyinə danışan Baş Qər

İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın İran ərazisinə və ya maraqlarına qarşı mümkün hərbi müdaxilələrə qarşı xəbərdarlıq edərək, regionda tarazlığı sarsıdacaq hərbi ssenarilərin müzakirə edildiyini ifadə edib İranın yarı rəsmi Fars Xəbər Agentliyinə danışan Baş Qərargahın sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın son hərbi fəaliyyətini və Tehranı hədəf alan bəyanatlarını birbaşa hədəfə alıb. Mümkün yeni hücum dalğasının Vaşinqton üçün tam məyusluqla nəticələnəcəyini iddia edən Şikarçi: "ABŞ-ın İrana qarşı mümkün yeni hücum cəhdinin keçmişdən qat-qat sarsıdıcı və dağıdıcı nəticələri olacaq. Ordumuz və müdafiə ünsürləri hücumçulara qarşı indiyədək heç vaxt qarşılaşmadıqları təəccüblü hərbi ssenarilər hazırlayıblar. Amerika regionda yeni macəraya başlasa, oradan çıxa bilməyəcəyi böyük bir bataqlıqda ilişib qalacaq" Briqada generalı Şikarçi vurğulayıb ki, İran Silahlı Qüvvələri artıq öz müdafiə mövqeyini tərk edib və hər zaman çəkindirici qüvvə elementləri ilə hazırdır. Mümkün hərbi qarşıdurmada kor nöqtə taktikası və asimmetrik müharibə strategiyaları tətbiq edəcəklərinə işarə edən sözçüsü, Pentaqonun kəşfiyyat hesabatlarında yer almayan sürpriz müdafiə və hücum sistemlərini işə salacaqlarını bildirib. Bölgədəki Amerika bazaları və donanma ünsürlərinin tamamilə İran raketlərinin əhatə dairəsində olduğunu xatırladan hərbi mənbələr Tehranın strateji səbrinin həddi-hüdudu olduğunu qeyd edib Mənbə: Anadolu Agentliyi


