İran cənub limanlarından kifayət qədər istifadə edilmədiyi üçün əlavə idxal-ixrac xərcləri ilə üzləşir
BAKI, Azərbaycan, 19 may. İranın cənub limanlarından kifayət qədər istifadə olunmaması ABŞ-ın dəniz blokadası və bir sıra digər problemlər səbəbindən ölkənin məhsulların idxalı və ixracı üçün əlavə xərclər yaradıb, İranın Beynəlxalq Nəqliyyat Şirkətlərinin prezidenti Ehsan Mələkzadə yerli mətbuata b
BAKI, Azərbaycan, 19 may. İranın cənub limanlarından kifayət qədər istifadə olunmaması ABŞ-ın dəniz blokadası və bir sıra digər problemlər səbəbindən ölkənin məhsulların idxalı və ixracı üçün əlavə xərclər yaradıb, İranın Beynəlxalq Nəqliyyat Şirkətlərinin prezidenti Ehsan Mələkzadə yerli mətbuata bildirib ki, Trend Onun sözlərinə görə, limanlar maksimum istifadə olunmadığından İrana gətirilən zəruri məhsulların böyük hissəsi Türkiyə limanlarından İrana daşınmalıdır. Əvvəllər Türkiyə limanlarından İrana malların daşınması 1500 dollar idisə, indi bu xərc ən azı 3000 dollardır Mələkzadə bildirib ki, hazırda ölkədə ən çox keçid məntəqələri Bazarqan, Astara, Poldəşt, İnçeburun, Doqarun, Rimdan, Taftan, Mehran və Şalamçedir. Gömrük sərhəd məntəqələrində məhsul ixracı üçün yük maşınlarının uzun növbələri müşahidə olunur O əlavə edib ki, Türkiyə ilə sərhəddə yerləşən Bazarqan sərhəd-keçid məntəqəsindən Türkiyə tərəfi hər gün 250 yük maşını qəbul edir Qurum rəsmisi qeyd edib ki, üstəlik texniki və proqram təminatı problemləri, sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən şöbələrin çoxluğu, əlaqədar qurumlar arasında koordinasiyanın olmaması yük maşınları üçün uzun növbələrin yaranmasına səbəb olur "Bu problemlər nəticəsində sərhəd-keçid məntəqəsində yük maşınlarının növbələri bəzən 20 günə çatır. Hər bir yük maşınının indiki gündəlik qiyməti 100 dollardan hesablansa və sərhəd-keçid məntəqəsində 3 min yük maşını növbə gözləyirsə, nəzərə almaq lazımdır ki, bu xərc ayda 10 milyon dolları keçəcək", - o qeyd edib Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


