İran: “Bu, doğru deyil...”
Associated Press adı açıqlanmayan iranlı məmura istinadən xəbər verir ki, İslamabadda İran və ABŞ arasında danışıqların Tehranın nüvə silahına sahib olmaq istəyinə görə nəticəsiz başa çatması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil "Bu doğru deyil. İranın mövqeyi aydındır. İran nüvə silahı əldə

Associated Press adı açıqlanmayan iranlı məmura istinadən xəbər verir ki, İslamabadda İran və ABŞ arasında danışıqların Tehranın nüvə silahına sahib olmaq istəyinə görə nəticəsiz başa çatması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil "Bu doğru deyil. İranın mövqeyi aydındır. İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir. Bu hüquq danılmazdır və inkar edilə bilməz", - İran rəsmisi bildirib Onun sözlərinə görə, Tehran etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində nüvə sahəsində fəaliyyəti, o cümlədən nüvə materiallarının zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmağa hazırdır. Bununla belə, o, İran və ABŞ arasında aparılan danışıqların razılığa gəlməməsinin səbəbini açıqlamayıb Bundan əvvəl bazar günü ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehranın İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyini bildirib Öz növbəsində, iki Pakistan rəsmisi AP-yə bildirib ki, danışıqlar razılığa gəlməsə də, hələ də müsbət ilk addımdır və onları “uğursuzluq” adlandırmaq olmaz. Agentliyin həmsöhbətləri diplomatiyanın mərhələli proses olduğunu və dialoq sayəsində tərəflərin “diplomatik kanalları yenidən açmağa” nail olduqlarını izah ediblər Öz növbəsində, ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi, hərbi əməliyyatların qarşısını almaq üçün onları kompromis naminə “ağrılı güzəştlərə getməyə” çağırıb


