İranın xarici işlər naziri Erakçi: ABŞ-ın diplomatiyada ciddi olduğunu görmədik
İranın xarici işlər naziri Abbas Erakçi Pakistana səfərini dəyərləndirib. Erakçi açıqlamasında, "Bölgəmizə sülh gətirmək üçün xoş niyyətləri və qardaşcasına səylərinə görə yüksək qiymətləndirdiyimiz Pakistan səfərimiz çox məhsuldar oldu. İrana qarşı müharibəni daimi olaraq bitirəcək mümkün bir çərçi

İranın xarici işlər naziri Abbas Erakçi Pakistana səfərini dəyərləndirib. Erakçi açıqlamasında, "Bölgəmizə sülh gətirmək üçün xoş niyyətləri və qardaşcasına səylərinə görə yüksək qiymətləndirdiyimiz Pakistan səfərimiz çox məhsuldar oldu. İrana qarşı müharibəni daimi olaraq bitirəcək mümkün bir çərçivə mövzusunda İranın mövqeyini paylaşdıq" dedi Arakçi ABŞ administrasiyasını da tənqid edərək, "ABŞ-ın diplomatiya mövzusunda həqiqətən ciddi olub-olmadığını hələ görməmişik" dedi Arakçi dünən onu müşayiət edən nümayəndə heyəti ilə Pakistanın paytaxtı İslamabada gəlib. İranlı nazir təmasları çərçivəsində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb. Pakistanın xarici işlər naziri İshaq Dar və Baş Qərargah rəisi marşal Asim Münirin də qatıldığı görüşdə iki ölkə arasında əlaqələr, müxtəlif sahələrdə əməkdaşlıq, regional və beynəlxalq hadisələr müzakirə edilib


