İran qonşu ölkələrlə elektrik enerjisi əlaqəsi proqramı hazırlayır – nazir
BAKI, Azərbaycan, 16 iyun. İranın Energetika Nazirliyinin qonşu ölkələrlə elektrik enerjisi əlaqələrini inkişaf etdirmək üçün ciddi proqramı var Bunu İranın energetika naziri Abbas Əliabadi bu gün İranın Mərkəzi Əyalətində Rüdsur İstilik Elektrik Stansiyasının buxar qurğusunun işə salınmasına həsr

BAKI, Azərbaycan, 16 iyun. İranın Energetika Nazirliyinin qonşu ölkələrlə elektrik enerjisi əlaqələrini inkişaf etdirmək üçün ciddi proqramı var Bunu İranın energetika naziri Abbas Əliabadi bu gün İranın Mərkəzi Əyalətində Rüdsur İstilik Elektrik Stansiyasının buxar qurğusunun işə salınmasına həsr olunmuş videokonfrans vasitəsilə təşkil olunan tədbirdə deyib Onun sözlərinə görə, İran hazırda Türkiyə, İraq, Azərbaycan, Ermənistan, Türkmənistan, Əfqanıstan və Pakistanla elektrik enerjisi mübadiləsi aparır Əliabadi qeyd edib ki, Qətər də daxil olmaqla Fars körfəzi ətrafında yerləşən bir sıra ölkələrlə elektrik enerjisi mübadiləsi üzrə tədqiqatlar son mərhələdədir İranlı nazir əlavə edib ki, iqtisadi faydalardan əlavə, qonşu ölkələrlə elektrik enerjisi mübadiləsinin genişləndirilməsi regional əlaqələrin möhkəmlənməsi və enerji sektorunda sabitliyin daha da artması ilə nəticələnə bilər


