Tenqri
Ana Səhifə
Dünya

İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır

İran üçün ABŞ ilə danışıqları inkişaf etdirmək problem deyil "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi deyib "Birləşmiş Ştatların mövcud davranışını davam etdirməsi onlara qarşı etimadsızlığa gətirib

0 baxışreport.az
İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
Paylaş:

İran üçün ABŞ ilə danışıqları inkişaf etdirmək problem deyil "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi deyib "Birləşmiş Ştatların mövcud davranışını davam etdirməsi onlara qarşı etimadsızlığa gətirib çıxarır", - o bildirib və İranın danışıqları döyüş meydanının davamı kimi qəbul etdiyini xatırladıb Əzizinin fikrincə, danışıqlar mübarizənin bir hissəsidir: "Hazırkı danışıqlar İranın nüvə proqramı ilə bağlı məsələlərə aid deyil. Bizim onlara, ümumiyyətlə, heç bir etimadımız yoxdur" Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler