İran bu gün ABŞ-ın təkliflərinə cavabını göndərib - YENİLƏNİB-2
Pakistan Baş naziri Şahbaz Şərif İranın müharibənin dayandırılması ilə bağlı ABŞ-ın təklifinə cavabını təqdim etdiyini təsdiqləyib GeoTV-nin xəbərinə görə, Şahbaz Şərif feldmarşal Asim Munirin bu barədə onu məlumatlandırdığını açıqlayıb “Mən detallara varmaq istəmirəm”, – deyə Pakistan Baş naziri

Pakistan Baş naziri Şahbaz Şərif İranın müharibənin dayandırılması ilə bağlı ABŞ-ın təklifinə cavabını təqdim etdiyini təsdiqləyib GeoTV-nin xəbərinə görə, Şahbaz Şərif feldmarşal Asim Munirin bu barədə onu məlumatlandırdığını açıqlayıb “Mən detallara varmaq istəmirəm”, – deyə Pakistan Baş naziri qeyd edib Pakistan ABŞ-ın münaqişənin nizamlanması ilə bağlı təklifinə İranın cavabını Vaşinqtona çatdırıb Bu barədə “Al Jazeera” Pakistandakı diplomatik mənbəyə istinadən məlumat yayıb İran mediası isə yazıb ki, Tehranın cavabında Livanda atəşkəsin təmin olunması şərti də yer alıb Pakistan rəsmiləri İranın ABŞ-ın təklifinə cavabı təqdim etdiyini təsdiqləyib Bu barədə “Al Jazeera” məlumat yayıb İran müharibənin başa çatdırılması ilə bağlı ABŞ-ın son təkliflərinə cavabı bu gün pakistanlı vasitəçiylə göndərilib Bu barədə İRNA məlumat yayıb İranın təklifə cavabının detalları açıqlanmayıb


