İran mətbuatı: Hörmüz boğazının idarəçiliyinin təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürülməyib
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, ABŞ və İran arasında 14 maddəlik saziş layihəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. İran Hörmüz boğazının idarəçiliyinin təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürməyəcək Boğazın gələcək idarə olunması məsələsinin regional problem ç

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, ABŞ və İran arasında 14 maddəlik saziş layihəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. İran Hörmüz boğazının idarəçiliyinin təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürməyəcək Boğazın gələcək idarə olunması məsələsinin regional problem çərçivəsində, Tehran və Oman arasında dialoq və birgə qərarlar yolu ilə həll ediləcəyi iddia edilib Digər tərəfdən, İran mətbuatının yazdığına görə, hazırda müzakirə olunan hazırkı anlaşma memorandumunda nüvə faylı ilə bağlı hələlik heç bir razılıq əldə olunmayıb. Nüvə faylının gələcəyini müəyyən edəcək faktiki danışıqların yalnız rəsmi imzaların imzalanmasından sonra başlayacağı və bu danışıqların müqavilə imzalandıqdan sonra 60 gün ərzində aparılacağı bildirilib


