"İran ABŞ-ın şərtlərini öyrənmək üçün əlavə vaxt istəyib" - KİV
İran rəsmiləri Fars körfəzindəki münaqişənin həlli üçün Amerikanın şərtlərini qiymətləndirmək və öyrənmək üçün Pakistan vasitəçilərindən əlavə vaxt istəyiblər 525.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" kanalı Pakistan mənbəsinə istinadən məlumat yayıb "İran rəsmiləri Pakistandan Amerika

İran rəsmiləri Fars körfəzindəki münaqişənin həlli üçün Amerikanın şərtlərini qiymətləndirmək və öyrənmək üçün Pakistan vasitəçilərindən əlavə vaxt istəyiblər 525.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" kanalı Pakistan mənbəsinə istinadən məlumat yayıb "İran rəsmiləri Pakistandan Amerika şərtlərini qiymətləndirmək və öyrənmək üçün vaxt istəyiblər. İranın zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında dolayı danışıqlarda əsas maneədir", - mənbə deyib Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib ki, Tehran Amerika tərəfinin İranın hərbi əməliyyatları dayandırmaq təklifi ilə bağlı şərhlərini nəzərdən keçirir. Mayın 18-də isə Tasnim agentliyi Pakistanın münaqişənin həlli üçün ABŞ-a 14 maddəlik İranın yeni təklifi təqdim etdiyini yazıb


