İran-ABŞ danışıqları davam edir - AÇIQLAMA
İran və ABŞ arasında danışıqlar davam edir və tərəflər mesaj mübadiləsi aparır. Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi 8 iyunda jurnalistlər üçün keçirilən brifinqdə bildirib. O deyib ki, tərəflər arasında mesaj mübadiləsi davam edir. Baqainin sözlərinə g

İran və ABŞ arasında danışıqlar davam edir və tərəflər mesaj mübadiləsi aparır. Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi 8 iyunda jurnalistlər üçün keçirilən brifinqdə bildirib. O deyib ki, tərəflər arasında mesaj mübadiləsi davam edir. Baqainin sözlərinə görə, Pakistan vasitəçi kimi prosesdə mühüm rol oynayır və danışıqların davam etdirilməsinə kömək edir. Diplomat vurğulayıb ki, İran "müstəsna təmkin nümayiş etdirib". "Biz dəfələrlə həm ABŞ, həm də İsrail tərəfindən atəşkəs rejiminin pozulması ilə qarşılaşmışıq", - XİN rəsmisi qeyd edib. Baqainin sözlərinə görə, "Tehranın dünən gecə atdığı hərəkətlər İranın müdafiəsi və BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində tamamilə müdafiə xarakterli idi". 7 iyundan bəri Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrail Livana hücumlar təşkil edib və İran İsrailə hücumlarla cavab verib, İsrail də İrana bir sıra hücumlarla cavab verib. Bazar ertəsi günü Yaxın Şərqdə gərginliyin artması fonunda, ABŞ prezidenti Donald Tramp İran və İsraili açıq şəkildə hücumları dayandırmağa çağırıb Tramp "Truth Social" platformasında yazıb: "İsrail və İran dərhal atəş açmağı dayandırmalıdır!"
