İran ABŞ-dan təzminatı əvəzinə nə alacaq? - YENİ DETALLAR
Vaşinqton və Tehran arasında əldə olunan çərçivə sazişi İran iqtisadiyyatına kapital cəlb etmək üçün 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur Publika.az xəbər verir ki, bu barədə sazişin şərtləri ilə tanış olan mənbəyə istinadla "Reuters" agentliyi məlumat y

Vaşinqton və Tehran arasında əldə olunan çərçivə sazişi İran iqtisadiyyatına kapital cəlb etmək üçün 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur Publika.az xəbər verir ki, bu barədə sazişin şərtləri ilə tanış olan mənbəyə istinadla "Reuters" agentliyi məlumat yayıb Mənbənin sözlərinə görə, ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan investorlar artıq göstərilən məbləğin yarısından çoxunu fonda köçürməyə hazır olduqlarını təsdiqləyiblər Agentliyin həmsöhbəti qeyd edib ki, fondun vəsaitləri İranın enerji, logistika, istehsal və nəqliyyat sektorlarına, o cümlədən "Mobareke" polad kompleksi, neft emalı zavodları, hava limanları və digər infrastruktur obyektlərinin bərpasına yönəldiləcək. Fondun yaradılması yalnız ABŞ və İran arasında tərəflərin növbəti 60 gün ərzində atacağı addımları strukturlaşdırılmış şəkildə əks etdirəcək yekun saziş imzalandıqdan sonra nəzərdə tutulur. Vurğulanıb ki, fond sanksiyaların ləğvi və İranın xaricdəki aktivlərinin blokdan çıxarılması kimi sülh prosesinin digər elementlərindən asılı olmayaraq fəaliyyət göstərəcək "Reuters"in mənbəsi izah edib ki, fondun yaradılması ideyası Tehranın Vaşinqtondan 400 milyard dollar təzminat tələb etməsi və rədd cavabı almasından sonra alternativ variant kimi ortaya çıxıb. Agentlik xatırladıb ki, dünyada qaz ehtiyatlarına görə ikinci, neft ehtiyatlarına görə isə dördüncü yerdə olan İran son 40 il ərzində sanksiyalar səbəbindən demək olar ki, xarici investisiya almayıb Trampın Ukrayna ilə bağlı mövqeyi DƏYİŞDİ FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını aldı Trampdan Netanyahuya çağırış: Daha məsuliyyətli ol! Mask bu telekanalı məhkəməyə verir: Adımdan yalan yayırlar “ABŞ İrana investisiya qoyacaq” iddiasına Trampdan reaksiya: Gülüncdür ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...” Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir "Sabah"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi


