Tenqri
Ana Səhifə
Dünya

İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov

Həyat bəzən bir insanın qısaca ömrünə bütöv bir xalqın, nəslin taleyini, yurdun kədərini və elin məğrurluğunu sığdırır. Belə ömürlər sadəcə təqvim vərəqləri ilə ölçülmür. Onlar zəhmətlə, əqidə uğrunda mübarizə və dəyişməz Vətən eşqi ilə yoğrulur Qərbi Azərbaycanın Amasiya rayonunun Çivinli kəndində

0 baxışpublika.az
İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov
Paylaş:

Həyat bəzən bir insanın qısaca ömrünə bütöv bir xalqın, nəslin taleyini, yurdun kədərini və elin məğrurluğunu sığdırır. Belə ömürlər sadəcə təqvim vərəqləri ilə ölçülmür. Onlar zəhmətlə, əqidə uğrunda mübarizə və dəyişməz Vətən eşqi ilə yoğrulur Qərbi Azərbaycanın Amasiya rayonunun Çivinli kəndində dünyaya göz açan, böyük Xəlilöyü tayfasının müdrik nümayəndəsi olan Salman Məmməd oğlu Çobanovun 90 illik yubileyi, sadəcə təqvimdəki sıradan bir tarix, sıradan bir xatirə gününün təzahürü deyil. Bu yubiley – məğrur bir ziyalının öz mənəvi varlığını torpağa və millətə bağladığı, tarixin qaranlıq sınaqlarına, fırtınalarına sinə gərdiyi qəhrəmanlıq dastanının vərəqləridir. O, sadəcə bir kənd müəllimi, məktəb direktoru deyildi, ömrünü təhsilə, xalqın maariflənməsinə və itməkdə olan tarixi yaddaşın bərpasına həsr etmiş, sarsılmaz iradə sahibi olan böyük vətən fədaisi idi Salman Çobanov 1936-cı ildə Amasiya rayonunun Çivinli kəndində, təbiətin sərt, lakin insanlarının mərd olduğu bir coğrafiyada dünyaya gəlmişdi. O, çoxuşaqlı, halal zəhmətlə dolanan bir ailədə boya-başa çatmışdı. Məhz bu ailənin mənəvi saf mühiti, valideynlərinin verdiyi kamil tərbiyə onda gələcəkdə bütöv bir elin dayağı olacaq sarsılmaz xarakterin təməllərini atmışdı Salman müəllim 1943-cü ildə doğma kəndində məktəbə daxil olaraq elmin ilk sirlərinə yiyələnsə də, o dövrdə Çivinlidə tam orta məktəb yox idi. Lakin oxumaq, işıqlı gələcəyə addımlamaq arzusu gənc Salmanı çətinliklərə qalib gəlməyə səsləyirdi. O, təhsilini 1953-cü ildə Amasiya rayon orta məktəbində uğurla başa vurdu Hələ 17-18 yaşlarında olanda, Çivinli kənd kolxozunda komsomolçu briqadir kimi ilk əmək sınaqlarından keçərkən onun həm anadangəlmə idarəçilik qabiliyyəti, həm də insanlara olan səmimi qayğısı, ədalət hissi özünü büruzə verirdi. Gənclik illərinin mühüm bir mərhələsi isə hərbi xidmət dövrünə təsadüf edir. 1954-cü ildə sovet ordusu sıralarına çağrılan Salman Çobanov Rusiyanın ucqar və sərt iqlimli Uzaq Şərqində üçillik xidməti zamanı özünü nizam-intizamlı, cəsarətli bir döyüşçü kimi göstərdi O, 1959-cu ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının və Maarif Nazirliyinin xüsusi təqdimatı ilə müvafiq qiyabi kursu bitirdi. 1960-cı ildə Çivinli kənd klubunun müdiri təyin olundu, lakin onun əsl missiyası öyrətmək, elə sönməz çıraq yandırmaq idi. Məhz bu amalla, 1965-ci ildən etibarən kənddə yeni açılan səkkizillik məktəbdə kəndin ilk ali təhsilli müəllimi kimi fəaliyyətə başladı Elmə olan aclığı onu daim irəli aparırdı. cı illərdə Azərbaycan Pedaqoji İnstitutunu uğurla bitirən Salman müəllim, hələ tələbə ikən – 1972-ci ildə doğma Çivinli kənd səkkizillik məktəbinə direktor təyin edildi. Salman müəllimin həyatı həm də haqsızlığa qarşı bir dirəniş tarixi idi. Sovet rejiminin gizli milli basqıları nəticəsində kənd məktəbinin və klubunun bağlanma təhlükəsi yarandıqda, o, bir an belə tərəddüd etmədi. Arxasında heç bir böyük dayaq olmadan, yalnız öz əqidəsinə və xalqının haqq səsinə güvənərək İrəvanda Kommunist Partiyası Mərkəzi Komitəsinə qədər gedib kəndin hüquqlarını qətiyyətlə qorudu. O dövrdə rayon xalq deputatları sovetinin üzvü kimi, Ermənistan Ali Sovetinin deputatları ilə keçirilən ən gərgin görüşlərdə məhz Salman müəllim ucqar kəndlərin, xüsusilə azərbaycanlılar yaşayan məntəqələrin problemlərini ən yüksək tribunalardan cəsarətli və təsirli şəkildə qaldırırdı. Onun bu sarsılmaz dirənişi nəticəsində geri addım atmağa məcbur olan rayon rəhbərliyi şəxsən kəndə gələrək məktəbin və klubun fəaliyyətinin bərpası üçün kömək edəcəyinə söz verdi və bu vədi yerinə yetirməyə məcbur oldu Salman müəllimin fəaliyyətinin və milli təəssübkeşliyinin zirvəsi Çivinli kənd orta məktəbinin tikilməsi uğrunda apardığı əsl ölüm-dirim mübarizəsi oldu. 1980-ci illərdə şagird sayının azlığını bəhanə edən rəsmi dairələrə inad, o, səkkizillik məktəbi onillik tam orta məktəbə çevirmək üçün misilsiz bir qətiyyət nümayiş etdirdi. Həmin dövrdə məkrli, türkə nifrət hissi ilə alışıb-yanan erməni arxitektorun gizli planı üzə çıxdı: yeni məktəb binasının yeri qəsdən kənd qəbiristanlığının ərazisinə salınmışdı. Məqsəd bəlli idi – gələcəkdə tikinti adı ilə "kənd məzarlığını" tamamilə yox etmək, babaların məzarlarını dağıtmaq və bu qədim yurd yerindən türk izini əbədi olaraq silmək! Bütün kənd camaatının həyəcan, qorxu və çarəsizlik içində olduğu bir vaxtda, Salman müəllim əsl bir xalq qəhrəmanı kimi meydana atıldı. Yuxarı instansiyalardan, millətçi daşnak ideologiyasının təsiri altında olan dövlət orqanlarından gələn güclü təhdidlərə, təzyiqlərə baxmayaraq, öz canını, ailəsinin təhlükəsizliyini belə riskə ataraq o məlum saxta xəritəni dəyişdirməyə nail oldu! Məktəb başqa yerdə tikildi, əcdadların ruhu və məzarları isə xilas edildi Bu prinsipiallıq və fədakarlıq gizli qala bilməzdi. 1984-cü ildə respublika miqyaslı “Sovet Ermənistanı” qəzetində onun haqqında dərc olunan “Müəllim, təşkilatçı və direktor” adlı geniş məqalə, Salman müəllimin ictimai və milli etirafı idi. 1986-cı ildə isə onun çoxillik qüsursuz pedaqoji fəaliyyəti yüksək qiymətləndirilərək “Maarif əlaçısı” döş nişanına layiq görüldü 1988-ci il gələndə fələk sanki bu xalqı həm təbii, həm də insani fəlakətlərlə sınağa çəkdi. Dağıdıcı Spitak zəlzələsi və onunla eyni vaxtda alovlanan erməni terrorunun tüğyan etdiyi o qanlı-qadalı günlərdə Salman müəllim Çivinli kəndinin sarsılmaz arxası, mənəvi dirəyi oldu. O, həm təbiətin vurduğu zəlzələ yaralarını sarıyır, həm də hər tərəfdən mühasirəyə alınan, silahlı erməni quldurlarının hücumuna məruz qalan kənd sakinlərinə mənəvi dayaq, cəsarət aşılayırdı. Hamının can hayında olduğu, doğma yurdları tərk etməyə başladığı o dəhşətli günlərdə o, ailəsi ilə birlikdə son anadək kənddə qaldı. Hətta öz həyatını birbaşa ölümün ağzına ataraq, mühasirədə olan məktəbdə çalışan bütün müəllimlərin əməkhaqlarını son qəpiyinə qədər alıb onlara çatdırdı Nəhayət, erməni millətçilərinin dözülməz təzyiqləri və silahlı təhdidləri altında doğma yurdu tərk etmək məcburiyyətində qalan Salman müəllim, soydaşları ilə birlikdə Azərbaycanın Daşkəsən rayonuna pənah gətirdi. Köçkünlük bəlası onun iradəsini qıra bilmədi. 1989-cu ildə o, Daşkəsənin Quşçu kənd orta məktəbində yenidən müəllim, daha sonra direktor və direktor müavini kimi fəaliyyət göstərərək təhsil cəbhəsindəki xidmətinə davam etdi. Qaçqınlıq, yurdsuzluq həyatı yaşayan, mənəvi sarsıntı keçirən soydaşlarının o dövrkü acınacaqlı çətinliyini, o zamankı yerli dövlət hakimiyyətinin diqqətsizliyini görən Salman müəllim, heç vaxt kabinet ziyalısı olmadı. O, didərgin düşmüş insanları bir araya gətirmək, onları vahid bir qüvvə kimi birləşdirmək və ümumi qayğılarını bölüşmək üçün yenidən çiyin-çiyinə mübarizə meydanına atıldı Onun bu təşkilatçılıq istedadı və xalq sevgisi rəhbərliyin diqqətindən qaçmadı. 1991-ci ildə o, Daşkəsən rayon İcra Hakimiyyətində qaçqın və məcburi köçkünlərin işləri üzrə şöbə müdiri vəzifəsinə təyin edildi. Bu vəzifə onun üçün sadəcə bir kreslo deyil, yüzlərlə köməksiz, yurdsuz ailəyə ümid, pənah yeri idi. O zamankı rayon rəhbərliyinin bəzi qanunsuz, qaçqınların əleyhinə olan şəxsi istək və tapşırıqlarına qətiyyətlə qarşı çıxaraq, didərginlərin tapdanan hüquqlarını müdafiə etdi. Onun bu təmənnasız xidmətlərinin məntiqi nəticəsi olaraq Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin yerli komitəsinin sədri seçilməsi, humanizm ideallarına və insanlığa olan sonsuz, ülvi sədaqətinin ən parlaq təzahürü idi Zaman öz axarı ilə gedirdi... 1996-cı ildən etibarən ömrünün müdrik çağlarını Bakı şəhərində məskunlaşaraq keçirən Salman müəllim, burada da bekar dayanmadı. Nəsimi rayon Həmkarlar Komitəsində məsul vəzifədə çalışaraq öz zəngin idarəçilik təcrübəsini paytaxtda da tətbiq etdi. Elə həmin il, dövlət və cəmiyyət qarşısındakı misilsiz xidmətlərinə görə Respublika Həmkarlar Komitəsinin yüksək mükafatı olan “Əmək Veteranı” medalı ilə təltif olundu Salman müəllim təkcə böyük bir elin rəhbəri, ziyalısı deyil, həm də nümunəvi, fədakar bir ata idi. O, həyat yoldaşı ilə birlikdə doqquz övlad böyüdüb boya-başa çatdırmışdı. Bu övladların beşinə ali təhsil vermiş, hamısını Vətənə, torpağa sadiq, xalqına xeyir verən layiqli vətəndaşlar kimi yetişdirmişdi. Ömrünü şərəflə, ləyaqətlə, təmiz bir adla yaşayan Salman müəllim, 2005-ci il oktyabrın 28-də, ömrünün payızında, haqq dünyasına qovuşdu, fani dünyadan əbədiyyətə köçünü etdi Salman Çobanovun 90 illik yubileyi, sadəcə keçmişdə qalan bir doğum gününün növbəti dəfə qeyd edilməsi deyil. O, ömrünün hər anını, hər saniyəsini mənsub olduğu millətin mənəvi yüksəlişinə, doğma torpağın toxunulmazlığına və gələcək nəsillərin savadlı, milli ruhda yetişməsinə həsr etmişdi. Zamanın ən çətin, qanlı burulğanlarında, siyasi fırtınalarda sınmadan, əyilmədən, öz mənəvi əqidəsini hər şeydən uca tutmuşdu, zirvədə saxlamışdı Ruhu şad, əməlləri əbədi, adı isə gələcək nəsillərin yoluna işıq saçan bir vicdan bələdçisi olsun! Böyük ehtiramla, Professor Məhəmməd İmanlı Sahil Babayev parlamentdə hesabat verir Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir Göygöldə Dövlət Proqramının icrasına dair regional müşavirə keçirilir Milli Məclisdə büdcə müzakirələri keçiriləcək Fransanın Azərbaycana qarşı hibrid müharibəsi heç bir nəticə verməyəcək Yol Polisi şagirdlərə və valideynlərə müraciət etdi "WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı Pensiya alanların nəzərinə Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO Azərbaycan XİN Rusiyanı təbrik etdi

Kaynak: publika.az

Diğer Haberler