İordaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Mayın 7-də Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin h

Mayın 7-də Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat yolu və dövlət quruculuğu sahəsində gördüyü işlər barədə məlumat verib, Heydər Əliyevin uzaqgörən siyasətinin müstəqil Azərbaycanın möhkəm əsaslar üzərində formalaşmasında həlledici rol oynadığını qeyd edib Bildirib ki, məhz həmin siyasi xətt ölkədə sabitliyin təmin olunmasına və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradıb. Bu gün Azərbaycanın inkişaf strategiyası həmin ideyalar əsasında davam etdirilir və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bunun nəticəsində ölkə regionda önəmli mövqeyə sahib olan dövlətə çevrilib Səfir çıxışında 2003-cü ildən sonra ölkədə aparılan islahatlar, sosial-iqtisadi inkişaf proqramları, infrastruktur layihələri və enerji-nəqliyyat sahəsində əldə olunan nailiyyətlərdən də bəhs edib. O, bu uğurların Ümummilli Liderin müəyyən etdiyi siyasətin davamı olduğunu vurğulayaraq bildirib ki, bu proses Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və sosial rifahın yüksəlməsinə səbəb olub Tədbirdə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı ideyalarının 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əsaslarından biri olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə ölkənin ərazi bütövlüyünün bərpasını təmin edib və “Güclü dövlət, güclü ordu” prinsipinin real nəticəsini göstərib Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


