İranın yenidən qurulması üçün 300 milyard investisiya fondu
ABŞ və İranın anlaşma memorandumu imzaladıqdan sonra yekunlaşdırmalı olduğu bu razılaşma İran iqtisadiyyatı üçün 300 milyard dollarlıq investisiya fondu yaradacaq. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb Mənbə qeyd edib ki, yeni fond özəl investisiya vasitəsidir, bərpa və ya təzminat

ABŞ və İranın anlaşma memorandumu imzaladıqdan sonra yekunlaşdırmalı olduğu bu razılaşma İran iqtisadiyyatı üçün 300 milyard dollarlıq investisiya fondu yaradacaq. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb Mənbə qeyd edib ki, yeni fond özəl investisiya vasitəsidir, bərpa və ya təzminat proqramı deyil və dövlət vəsaitlərinin və ya qrantların istifadəsini nəzərdə tutmayacaq. ABŞ, Körfəz ölkələri, Asiya, Cənubi Amerika və Afrika şirkətləri İrana investisiya qoymaqda maraqlı olduqlarını bildiriblər Reuters-in məlumatına görə, bu məbləğin yarıdan çoxu artıq toplanıb. Vəd edilən investisiyalar enerji, logistika və nəqliyyat kimi sektorları əhatə edir İranlı mənbə bildirib ki, Tehran əvvəlcə ABŞ-dan hərbi ziyana görə 400 milyard dollar təzminat tələb edib, lakin Vaşinqton bu vəsaiti buraxmayacağını bildirib. Sonra "Yenidənqurma və İnkişaf Fondu" adlandırılan bir fond yaratmaq ideyası ortaya çıxdı. Bu mexanizm region ölkələrinin kreditlər vermək, kredit xətləri açmaq və ya müharibə zamanı zədələnmiş obyektlərin bərpasını birbaşa maliyyələşdirməklə yardım göstərməsini nəzərdə tutur. Söhbət Mobarak metallurgiya kompleksi, neft emalı zavodları, hava limanları və münaqişə nəticəsində zədələnmiş digər infrastruktur kimi obyektlərdən gedir Qeyd olunur ki, fond Vaşinqton və Tehran yekun razılığa gəldikdən sonra fəaliyyətə başlayacaq. İyunun 19-da imzalanacaq anlaşma memorandumunda 60 gün ərzində danışıqlar aparmaq və yekun razılığa gəlmək öhdəliyi var

