"İnvest-AZ İnvestisiya Şirkəti"nin maliyyə vəziyyəti açıqlanıb
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2025-ci ili 1,596 milyon manat xalis mənfəətlə başa vurub "Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 30,3 % azdır Ötən il "İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 2,166 milyon manat (əvvəlki ilə nisbətən 24 % az), mənf

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2025-ci ili 1,596 milyon manat xalis mənfəətlə başa vurub "Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 30,3 % azdır Ötən il "İnvest-AZ"ın vergiyəqədərki mənfəəti 2,166 milyon manat (əvvəlki ilə nisbətən 24 % az), mənfəət vergisi ödəmələri isə 570 min manat (+2,2 %) təşkil edib Bu ilin yanvarın 1-nə "İnvest-AZ"ın aktivləri 46,125 milyon manat olub ki, bu da illik müqayisədə 5,6 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 6,2 % artaraq 37,501 milyon manata, balans kapitalı isə 2,9 % artaraq 8,623 milyon manata çatıb Xatırladaq ki, "İnvest-AZ" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarları Elşən Quliyev və Ceyhun Abdullayevdir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


