Şamaxıda Beynəlxalq Barbekü Festivalı mükafatlandırma mərasimi ilə yekunlaşıb (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 14 iyun. 13-14 iyun tarixlərində Şamaxının Meysəri kəndində keçirilən Beynəlxalq Manqal Festivalı başa çatıb İki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağlar Kompleksi və “Abqora” restoranının dəstəyi, baş sponsorları “Azərsun Holdinq” və “Coca-Cola Azər

BAKI, Azərbaycan, 14 iyun. 13-14 iyun tarixlərində Şamaxının Meysəri kəndində keçirilən Beynəlxalq Manqal Festivalı başa çatıb İki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağlar Kompleksi və “Abqora” restoranının dəstəyi, baş sponsorları “Azərsun Holdinq” və “Coca-Cola Azərbaycan” şirkətləri, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat” və “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunub Festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış aşpaz-aşpazlar iştirak ediblər. Onların zəngin təcrübəsi, müxtəlif kulinariya ənənələri və təqdim etdikləri ləzzətli yeməklər tədbirə xüsusi rəng qatıb. Belə festivallar qonaqlara xoş anlar yaşatmaqla yanaşı, ölkəmizin qonaqpərvərliyini bir daha nümayiş etdirir. Layihə həm də mədəni mübadiləni təşviq etmək və qastronomik turizmi genişləndirmək məqsədi daşıyır İki gün ərzində kulinariya zonalarında əyləncəli müsabiqələr keçirilib, iştirakçılar müxtəlif milli mətbəxlərin və restoranların təqdim etdiyi yeməklərin dadına baxıblar Tədbirin sonunda layihəyə dəstək verən əsas sponsorlara, partnyorlara və təşkilatlara, eləcə də səmərəli əməkdaşlığı təmin edən restoran və şirkətlərə sertifikatlar təqdim olunub


