Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı Davr Bank müqaviləsi ilə Özbəkistanda genişlənir

BAKI, Azərbaycan, 8 may. Bu ilin ikinci yarısında ABB Özbəkistanın Davr Bankını almağı və bu ölkənin bazarında fəaliyyətə başlamağı planlaşdırır. Bu barədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib O, bu barədə bu gün bankın davamlılıq hesabatına həsr olunmuş mə

0 baxıştrend.az
Azərbaycan Beynəlxalq Bankı Davr Bank müqaviləsi ilə Özbəkistanda genişlənir
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Bu ilin ikinci yarısında ABB Özbəkistanın Davr Bankını almağı və bu ölkənin bazarında fəaliyyətə başlamağı planlaşdırır. Bu barədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib O, bu barədə bu gün bankın davamlılıq hesabatına həsr olunmuş mətbuat konfransında bildirib Onun sözlərinə görə, Özbəkistan bazarında özəl bankın nəzarət paketinin əldə edilməsi ilə bağlı danışıqlar uğurla yekunlaşıb: “Nəzarət paketini əldə etmək niyyətində olduğumuz bank Özbəkistanın özəl banklarından biridir və adı Davr Bankdır”. Ümid edirik ki, icazələrin alınması və sənədləşmə işlərinin yekunlaşdırılması prosesini tez bir zamanda başa çatdıra biləcəyik və beynəlxalq bank brendimiz olan ABB bu ilin ikinci yarısında Özbəkistan bazarında “ABB Davr Bank” adı ilə fəaliyyətə başlayacaq” Sədr əlavə edib ki, ABB “Davr Bank”ın 51%-nə sahib olacaq Azərbaycan Beynəlxalq Bankı (ABB) 1992-ci il yanvarın 10-da tam səhmdar kommersiya bankı kimi fəaliyyətə başlamışdır. Bankın Baş ofisi Bakıda yerləşir. Hazırda ABB aktivlərinə, müştəri bazasına və beynəlxalq əməliyyatların həcminə görə Cənubi Qafqaz regionunda aparıcı banklar sırasındadır Azərbaycanın müxtəlif regionlarında 78 filial və 9 nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən Bank həm fərdi, həm də korporativ müştərilərə hərtərəfli bank xidmətləri göstərir. ABB 43 000-dən çox korporativ müştəriyə və 3 milyondan çox fərdi müştəriyə xidmət göstərir. Bankda 4000-dən çox peşəkar işçi qüvvəsi çalışır

Kaynak: trend.az

Diğer Haberler