Tenqri
Ana Səhifə
Dünya

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Hazırda “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından 25 gənc yararlanır AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov bildirib Onun sözl

0 baxışazertag.az
“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb
Paylaş:

Hazırda “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından 25 gənc yararlanır AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov bildirib Onun sözlərinə görə, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir: "2026-cı ildə elan edilən “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramı aktivdir və 2000-ə yaxın müraciət olub. Hazırda seçilmiş 25 nəfər gənc bu təqaüd imkanından istifadə edir" O, həmçinin vurğulayıb ki, gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edilib, müsabiqənin 7 mövzusu var: "Mövzulardan biri məhz rəqəmsal gələcək, innovasiya və süni intellektlə bağlıdır. Bununla gənclər bu mövzuda layihə təkliflərini Gənclər Fonduna təqdim edərək qrant əldə edə və təşəbbüslərini həyata keçirə bilərlər" 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler