Tenqri
Ana Səhifə
Dünya

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax rayonunda “Gənc arıçı” layihəsi uğurla həyata keçirilir (FOTO)

BAKI, Azərbaycan, 5 iyun.Trend xəbər verir ki, Yevlax rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi uğurla başa çatıb Layihə çərçivəsində bu il xüsusi təlim proqramında iştirak e

0 baxıştrend.az
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax rayonunda “Gənc arıçı” layihəsi uğurla həyata keçirilir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 5 iyun.Trend xəbər verir ki, Yevlax rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi uğurla başa çatıb Layihə çərçivəsində bu il xüsusi təlim proqramında iştirak etmək üçün Yevlaxdan 20 gənc ailə seçilib. Onlar təcrübəli arıçılardan həm nəzəri, həm də praktiki təlimatlar alıblar. Kursu bitirdikdən sonra iştirakçılar arı ailələri, pətəklər, arıçılıq kostyumları, bal çıxaran avadanlıqlar və öz arıçılıq əməliyyatlarına başlamaq üçün digər zəruri alətlərlə təmin olunublar Layihənin benefisiarlarına arıçılıq bizneslərini inkişaf etdirmək, məhsuldarlığı artırmaq və bal məhsullarının təqdimatını və kommersiyalaşdırılmasını təkmilləşdirmək üçün əlavə dəstək veriləcəkdir IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində 2021-ci ildən indiyədək ölkənin müxtəlif bölgələrində 80-dən çox gənc ailəyə dəstək verilib Layihənin məqsədi biomüxtəlifliyin qorunması, arıçılığın eko-sahibkarlıq fəaliyyəti kimi təşviq edilməsi, təbii bal istehsalının dəstəklənməsi və gənc ailələrin maddi rifahının yüksəldilməsidir

Kaynak: trend.az

Diğer Haberler