Çinin xarici işlər naziri Şimali Avropaya səfər edəcək
Çinin xarici işlər naziri Van İ Skandinaviya ölkələrinə turnesi çərçivəsində iyulun 5-də Helsinkiyə səfər edəcək 525.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir O, Finlandiya prezidenti Aleksandr Stubb və xarici işlər naziri Elina Valtonen ilə görüşəcək "

Çinin xarici işlər naziri Van İ Skandinaviya ölkələrinə turnesi çərçivəsində iyulun 5-də Helsinkiyə səfər edəcək 525.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir O, Finlandiya prezidenti Aleksandr Stubb və xarici işlər naziri Elina Valtonen ilə görüşəcək "Çinin xarici işlər naziri Van İ ilk səfərini Finlandiyaya edəcək. Xarici işlər nazirləri ikitərəfli münasibətləri, eləcə də cari xarici və təhlükəsizlik siyasəti məsələlərini müzakirə edəcəklər Tərəflər, həmçinin Aİ-Çin münasibətlərini, Ukraynadakı vəziyyəti, Avropada təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər", - açıqlamada vurğulanıb "Finlandiya və Çin arasında dialoq yolu ilə dəstəklənən uzunmüddətli və sabit münasibətlər mövcuddur. Çinin konstruktiv töhfəsi həm qlobal təhlükəsizlik, həm də beynəlxalq iqtisadiyyatın cari məsələlərinin həllində vacibdir", - XİN başçısı Valtonen deyib Xatırladaq ki, Çin diplomatiyasının rəhbəri Finlandiyadan əlavə, Danimarka, İsveç və Norveçə də səfər edəcək


