Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək
“Visa” ilə əməkdaşlıq Azərbaycanda idmanın inkişafına xidmət edir. Dünyada hər şey yenilənir, yeni-yeni sistemlər yaranır, bizim idmanımızda da yeni nəticələr əldə olunur. Dünyada gedən bütün proseslərlə bərabər olmağımız çox vacibdir AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (M

“Visa” ilə əməkdaşlıq Azərbaycanda idmanın inkişafına xidmət edir. Dünyada hər şey yenilənir, yeni-yeni sistemlər yaranır, bizim idmanımızda da yeni nəticələr əldə olunur. Dünyada gedən bütün proseslərlə bərabər olmağımız çox vacibdir AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib “Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək və bunu daha yüksək səviyyəyə qaldıraq. Bilirsiniz ki, düz 30 il bundan əvvəl Atlanta Yay Olimpiya Oyunlarında Azərbaycan ilk dəfə komanda şəklində iştirak etdi. Həmin Olimpiya Oyunlarında iştirak edən bizim idmançıları bir yerə toplamağa çalışacağıq. Gələcəyi qurmaq üçün tarixi unutmamaq lazımdır”, - Ç. Hüseynzadə qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


