İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: 3 əsgər həlak olub
Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü tərəfindən edilən açıqlamada, İngiltərənin cənub-qərbindəki Devon bölgəsindəki Okehamptonda Merlin helikopterlərinin təlim bölgəsi yaxınlığında bir hərbi helikopter qəzaya uğradı Açıqlamada qəzada 3 hərbçinin həyatını itirdiyi, qəzaya uğrayan helikopterin “Mer

Kral Hərbi Dəniz Qüvvələrinin sözçüsü tərəfindən edilən açıqlamada, İngiltərənin cənub-qərbindəki Devon bölgəsindəki Okehamptonda Merlin helikopterlərinin təlim bölgəsi yaxınlığında bir hərbi helikopter qəzaya uğradı Açıqlamada qəzada 3 hərbçinin həyatını itirdiyi, qəzaya uğrayan helikopterin “Merlin Mk4” tipli olduğu bildirilib İngiltərə vaxtı ilə səhər saat 04.00-da (GMT 06.00) baş verən qəzaya görə bölgədəki bəzi yollar nəqliyyata bağlanıb Hərbi Dəniz Qüvvələrinin komandanı Gwyn Jenkins verdiyi yazılı açıqlamada hadisənin işıqlandırılması üçün səylərin davam etdiyini bildirib Jenkins, qəzaya uğrayan Merlin Mk4 helikopterinin Kral Donanmasının Yeovilton Hava Bazasından havaya qalxdığını bildirdi Britaniya Hərbi Dəniz Qüvvələrinin inventarında 25 ədəd olan Merlin Mk4 helikopterləri əvvəllər də qəzalara uğrayıb 1999-cu ildə inventara daxil olan Merlin Mk4 helikopterlərindən biri 2024-cü ildə keçirilən təlim zamanı Manş boğazına düşüb və bir personal həlak olub 2004-cü ilin martında və 2000-ci ilin oktyabrında baş verən qəzalarda ümumilikdə 10 işçi yaralanıb


