İngiltərədə çempion bəlli oldu! 22 illik həsrət sona çatdı, Qvardiola darmadağın oldu
İngiltərə Premyer Liqasının 37-ci həftəsində çempionluq yarışına birbaşa təsir edən kritik qarşılaşma keçirilib. "Arsenal"ın ən yaxın izləyicisi "Mançester Siti" səfərdə "Bornmut"u qəbul edib. “Vitality” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu hesabla liqanın bitməsinə bi

İngiltərə Premyer Liqasının 37-ci həftəsində çempionluq yarışına birbaşa təsir edən kritik qarşılaşma keçirilib. "Arsenal"ın ən yaxın izləyicisi "Mançester Siti" səfərdə "Bornmut"u qəbul edib. “Vitality” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu hesabla liqanın bitməsinə bir həftə qalmış lider "Arsenal" çempionluğunu elan edib Bu çempionluqla Arsenal əvvəlki mövsümdən bəri davam edən 22 illik kubok quraqlığına son qoydu. Qırmızı-ağlılar London təmsilçisi bu qələbə ilə klub tarixində 14-cü liqa çempionluğuna iddialı olub 22 dekabr 2019-cu ildə komandanın başına keçən məşqçi Mikel Arteta karyerasının ilk liqa çempionluğuna imza atdı. İspan çalışdırıcı əvvəllər London komandası ilə 2 İngiltərə Superkuboku və 1 İngiltərə Kuboku çempionu olub Mançester Siti cəbhəsində baş məşqçi Pep Qvardiola İngiltərə karyerasında bir ilk yaşadı. 2016-cı ilin yayından Mançester komandasını çalışdıran ispan çalışdırıcı ilk dəfə ardıcıl iki mövsüm Premyer Liqa çempionluğuna yüksələ bilməyib. Təcrübəli çalışdırıcı daha əvvəl 2017-18, 2018-19, 2020-21, 2021-22, 2022-23 və 2023-24-cü il mövsümlərində komandanı çempionluğa aparıb


