ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Niderlandın ən böyük maliyyə qrupu olan ING Bankı 2026-cı ildə Azərbaycanın büdcə profisitinin ÜDM-in 5%-nə, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11%-nə çatacağını proqnozlaşdırır "APA-Economics" xəbər verir ki, bu barədə ING-nin Azərbaycan iqtisadiyyatına dair qiymətləndirməsində bi

Niderlandın ən böyük maliyyə qrupu olan ING Bankı 2026-cı ildə Azərbaycanın büdcə profisitinin ÜDM-in 5%-nə, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11%-nə çatacağını proqnozlaşdırır "APA-Economics" xəbər verir ki, bu barədə ING-nin Azərbaycan iqtisadiyyatına dair qiymətləndirməsində bildirilib Bank qeyd edir ki, Azərbaycan yüksək enerji qiymətlərindən ən çox faydalanan ölkələrdən biri olaraq qalır. ING-in qiymətləndirməsinə görə, daha yüksək enerji gəlirləri və enerji diplomatiyasının genişlənməsi ölkənin əsas üstünlükləri olaraq qalır Hesabatda vurğulanır ki, yüksək enerji qiymətləri Azərbaycanın xarici və fiskal ehtiyatlarını gücləndirəcək ING son dövrlərdə Azərbaycanın ticarət və enerji marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atdığını qeyd edir. Belə ki, Azəri-Çıraq-Günəşli yatağına beynəlxalq investisiyaların cəlb olunması imkanları nəzərdən keçirilir, Türkiyə ilə Abşeron yatağından qaz tədarükünə dair 15 illik müqavilə imzalanıb, Bakı-Supsa marşrutu isə Qazaxıstan üçün alternativ ixrac kanalı kimi qiymətləndirilir Bununla yanaşı, bank Azərbaycanın ticarət tərəfdaşlarından inflyasiya təzyiqlərinin ötürülməsinə nisbətən yüksək həssaslığını və ÜDM artımının zəif tempini əsas risk faktorları kimi qiymətləndirir Qeyd edək ki, 2026-cı il üzrə cari əməliyyatlar balansının profisiti üzrə ən yüksək proqnoz ING-yə aiddir
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
