Tenqri
Ana Səhifə
Dünya

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən qanunvericilik sahəsində uğurlu islahatlar və təkmilləşdirmə prosesi davam edir. Bu müstəvidə uşaqlarımızın zərərli və təhlükəli informasiyalardan qorunması, bütövlükdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində qanunvericiliyə edilən dəyişi

0 baxışazertag.az
İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY
Paylaş:

Ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən qanunvericilik sahəsində uğurlu islahatlar və təkmilləşdirmə prosesi davam edir. Bu müstəvidə uşaqlarımızın zərərli və təhlükəli informasiyalardan qorunması, bütövlükdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində qanunvericiliyə edilən dəyişikliklər cəmiyyət tərəfindən müsbət qarşılanmaqdadır. İnformasiya təhlükəsi bu gün əsrin ən böyük qlobal təhdidlərindən biridir və cəmiyyətin sağlam formalaşmasına ciddi zərər vurur Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni səsləndirib. Onun sözlərinə görə, bu təhlükə gənclərin milli-mənəvi dəyərləri əxz etməsinə mane olur, onların düşüncəsinə və mənəviyyatına mənfi təsir göstərərək yolundan yayındırır: “Ölkənin gələcəyini və genofondumuzu qorumaq üçün gənclərimizi və uşaqlarımızı bütün zərərli vərdişlərdən, eləcə də informasiya təhdidlərindən qorumaq hər birimizin vəzifəsidir. Mənim şüarım var: kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət. Biz gənclərimizi məhz kamil vətəndaş kimi yetişdirməliyik. Onlar müxtəlif sahələrdə yüksəksəviyyəli mütəxəssis ola bilərlər, lakin həm də müasir müstəqil Azərbaycanın layiqli vətəndaşı olmalıdırlar. Yalnız bu halda sivil cəmiyyət qurmaq və güclü dövləti yaşatmaq mümkündür” R.Zeyni qeyd edib ki, Azərbaycan gəncliyi sağlam böyüməlidir. Bu istiqamətdə vətəndaş cəmiyyəti dövlətin və hakimiyyətin irəli sürdüyü bütün mütərəqqi təşəbbüsləri tam dəstəkləyir. Təbii ki, qanunların qəbul edilməsi ilə yanaşı, onların gələcəkdə yüksək səviyyədə işləməsini və icrasını təmin etmək də mühüm şərtdir “Azərbaycan 2020-ci ildə həyata keçirdiyi əks-hücum əməliyyatları ilə torpaqlarını işğaldan azad etdi, 2023-cü ildəki antiterror tədbirləri ilə isə konstitusion suverenliyini tam bərpa etdi. İndi qarşımızda duran ən ali hədəf əldə etdiyimiz bu tarixi Zəfərə layiq bir cəmiyyət qurmaqdır”, - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler