Tenqri
Ana Səhifə
Dünya

"İnflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir" - Rəy

"Bu gün insanların çoxu ev üçün pul yığır. Həmin şəxslərə pulu dəyərləndirərək yığım etmələri tövsiyə olunur. Əks təqdirdə, onlar sadəcə pulun dəyərinin azalması ilə üzləşəcəklər. Yəni kimsə düşünməsin ki, yığım edəcəyəm və daşınmaz əmlak alacağam. Pulun dəyərinin neçə faiz azalması və eyni zamanda

0 baxış525.az
"İnflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir" - Rəy
Paylaş:

"Bu gün insanların çoxu ev üçün pul yığır. Həmin şəxslərə pulu dəyərləndirərək yığım etmələri tövsiyə olunur. Əks təqdirdə, onlar sadəcə pulun dəyərinin azalması ilə üzləşəcəklər. Yəni kimsə düşünməsin ki, yığım edəcəyəm və daşınmaz əmlak alacağam. Pulun dəyərinin neçə faiz azalması və eyni zamanda mənzil bazarında ildə neçə faiz artım olduğunu müqayisə etmək kifayətdir” Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova deyib. Ekspertin sözlərinə əsasən, bu gün hər kəsin maliyyə savadının olmaması başadüşüləndir. Bu barədə sıfır biliyi olan biri ən azından pulu banka depozit kimi yerləşdirə bilər: “Depozit gəliri ilə kirayə xərcini, kommunal xərcləri və qidalanmanı qarşılayır. Ailə üzvlərinin əməkhaqqı və şəxsin əlavə gəliri isə əksərən qızıla və xarici valyutaya çevrilərək yığım edilir. Təbii ki, orada sabit deyil, dəyişən valyuta sistemi mövcuddur. Bundan əlavə, inflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir. Amma ən azından vətəndaş milli valyutanı dəyərləndirə bilir, yığım edib dəyərini itirməsinin qarşısını alır"

Kaynak: 525.az

Diğer Haberler