Hindistanda yanğın: “Nərgiz qaraciyərini dəyişib Oşa qayıdacaqdı”
Hindistanın paytaxtı Yeni Dehlidə oteldə baş verən yanğında 3 Qırğızıstan vətəndaşı ölüb. Onların hamısı eyni ailənin üzvləri idi. Məlumata görə, ölənlər arasında bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirmiş Oş sakini Nərgiz Köçkarova, onun donor olan 23 yaşlı oğlu və xəstənin anası

Hindistanın paytaxtı Yeni Dehlidə oteldə baş verən yanğında 3 Qırğızıstan vətəndaşı ölüb. Onların hamısı eyni ailənin üzvləri idi. Məlumata görə, ölənlər arasında bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçirmiş Oş sakini Nərgiz Köçkarova, onun donor olan 23 yaşlı oğlu və xəstənin anası da var. Ailə müalicə üçün Hindistanda idi. Yanğın zamanı ölən qadının arxasında iki azyaşlı uşağı qalıb AzadlıqRadiosu © 2026 RFE/RL, Inc. bütün hüquqlar qorunur


