Tenqri
Ana Səhifə
Dünya

"İndi rəsm çəkən çoxdur, rəssam isə az..."

Tanınmış rəssam Mir Azər Abdullayev ilə onun yaradıcılıq yolu, sənət fəlsəfəsi və özünəməxsus üslubu haqqında geniş söhbətimizi təqdim edirik: Mir Azər müəllim, istərdim, öncə bu sənət yolunuzun başlanğıcı barədə danışasınız. Rəsmə marağınız nə zaman, necə yarandı? Əslində, yaradıcılığa, rəsmə ola

0 baxış525.az
"İndi rəsm çəkən çoxdur, rəssam isə az..."
Paylaş:

Tanınmış rəssam Mir Azər Abdullayev ilə onun yaradıcılıq yolu, sənət fəlsəfəsi və özünəməxsus üslubu haqqında geniş söhbətimizi təqdim edirik: Mir Azər müəllim, istərdim, öncə bu sənət yolunuzun başlanğıcı barədə danışasınız. Rəsmə marağınız nə zaman, necə yarandı? Əslində, yaradıcılığa, rəsmə olan marağım uşaqlıq illərimdən, çox erkən yaşlarımdan formalaşmağa başlayıb. Bakıda doğulub böyümüşəm. Özümü bildiyim vaxtdan əlimdə həmişə boyalar, kağızlar olub. Təbaşirlə yerdə, divarda rəsmlər çəkərdim, daha çox div rəsmlərini xoşlayırdım. Hətta bu həvəsim evdəkilər üçün maneə də yaradırdı. Nə qədər divarları yazmaq olar? (gülür) Ona görə də anam mənə qələm verib: "Get, bu sənəti öyrən" - dedi. O zaman Qaqarin adına Pionerlər evində rəsm dərnəyinə başladım. Orada çox gözəl pedaqoq Məsmə xanım Ağayevadan dərs aldım. Peşəkar sənət təhsili almaq qərarına gələndə ilk dayanacağım Əzim Əzimzadə adına rəssamlıq məktəbi oldu. Orada rəngkarlıq ixtisasında təhsil almışdım. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dizayın ixtisası üzrə bitirdim. Hər iki təhsil ocağını fərqlənmə diplomu ilə başa vurdum. Burada çox dəyərli müəllimlərdən dərs aldım. Mənim üçün təhsil istedadın nizamlanması prosesi idi. Lakin əsl sənət yolu təhsil bitdikdən və öz daxili səsinizi kətanlara köçürməyə başladıqdan sonrakıdır Rəng sizin üçün nədir? Musiqiçi notlarla musiqi yaradır. Rəng isə rəssamın daxilindəki dünyanı əks etdirir. Sənin içində nə varsa, o rənglər də onu göstərir Yaradıcılığınızı dövrlərə bölmək lazım gəlsə, necə qruplaşdırarsınız? Əvvəllər mofiloji personajları çox işləmişəm. Sonra isə tamamilə yönümü dəyişdim və keçdim dizayna, xüsusən plakat hazırlamağa. Bu istiqamətdə də özümü təkmilləşdirdim. Təvazökarlıqdan uzaq olsa da, indi Azərbaycanda plakat janrında işləyən az sayda rəssamlardan biriyəm. Artıq uzun illərdir ki, bu janrla məşğulam. Mənim üçün sevindirici haldır ki, Fransada dünyanın 100 ən yaxşı plakat ustası siyahısında Azərbaycandan yalnız mənim adım var Plakat janrına olan marağınız necə yarandı? Universitetdə dizayn ixtisasında oxuyarkən yarandı bu maraq. Tələbə ikən müxtəlif sərgilərdə, layihələrdə iştirak edirdim və gördüm ki, plakat janrı məndə maraqlı alınır. Sonra bunu sənətşünaslar da dəfələrlə vurğuladılar. Ən müxtəlif mövzularda plakatlar hazırlayıram. Dövlət qurumları, şirkətlərlə işləyirəm. İllərdir BMT-nin sifarişləri ilə plakatlar hazırlayıram. 44 günlük Vətən müharibəmizdə hər gün 2-3 plakat hazırlayırdıq. Artıq müharibə bitəndə bu mövzuda 100-ə yaxın plakat hazırlamışdıq. Dövlətimiz, xalqımız üçün əhəmiyyətli olan heç bir hadisədən kənarda qalmamışıq. Çünki mən hər zaman deyirəm ki, rəssam hər şeydən öncə vətəndaşdır. Bu vətənin ağrısı da, sevinci də bizimdir Bəzən plakat janrının asan olduğunu deyirlər. Amma bu fikirlə qətiyyən razı deyiləm. O, ən çətin janrlardan biridir. Çünki rəngkarlıqda rəsmi çəkirsən və kim istəyir başa düşür, kimsə də başa düşmür. Ancaq plakatı uşaqdan böyüyə hamı mütləq başa düşməlidir Həyatınızda, yaradıcılıq yolunuzda çətinlikləriniz çox olub? Ailəmdə rəssam yox idi. Mənim onu görüb, öyrənəcəyim bir mənbə yox idi, görməmişdim, bilmirdim. Yalnız özüm işləyə-işləyə öyrənirdim. O dövrdə internet, sosial şəbəkə də yox idi. Öyrənə biləcəyimiz, ya da işlərimizi təqdim edəcəyimiz resurslar çox az idi. Yalnız sərgilərdə göstərə bilərdik işlərimizi. O sərgilərə qəbul edilmək də çox çətin və məşəqqətli idi. Gənc ikən özümüzdən böyük rəssamlar çox zaman işlərimizi qəbul etmirdilər. Onu onlara qəbul etdirincə böyük zülmlər çəkirdik. Ancaq indi düşünəndə deyirəm, yaxşı ki, belə olub. Əgər asan olsaydı, öyrənməyə bu qədər meyilli olmazdıq. Zəhmətə bu qədər alışmazdıq və bu uğurları da qazanmazdıq Bir zamanlar əlinə təbaşir, qələm alan bir insanın sonradan rəssam kimi formalaşması üçün nə lazımdır? Öncə onu vurğulamaq istəyirəm ki, hər şəkil çəkənə rəssam demək düzgün deyil. Rəssam olmaq üçün bambaşqa bir dünya lazımdır. Sən o rəngləri, o çəkdiyini içində, daxilində yaşamalısan. Rəssamlıq çox ağrılı bir sənətdir. Bir əsəri araya-ərsəyə gətirmək, sanki bir uşağı dünyaya gətirmək qədər əzablı prosesdir. Sən onu yaratmalı, sonra isə arxasında durmalısan. İndi rəsm çəkən çoxdur, rəssam isə az... Rəssam təkcə əlinə fırça alıb çəkən deyil. Rəssam roman da yaza bilər, musiqi də bəstələyə bilər. Rəssam fikirləşən, ideya yürüdən və yaradandır İdeya qaynağınız nədir? Ətrafımda olan, olmayan hər şey... Bir ağacın tərpənən yarpağı, dənizin ləpəsi, işıqforun sayrışan işıqları mənim ideya qaynağım ola bilər. Mənim ilham pərim karandaşın ucundadır, nə qədər çox işləsəm, o qədər çox ideya yaranır Yorulduğunuz, usandığınız anlarda gücü nədən tapırsınız? Təbiətdən və övladlarımdan... Övladlarımla beş dəqiqəlik söhbət belə yenilənməyimə bəs edir. Eyni zamanda təbiətdə olmaq mənim əhvalıma yaxşı təsir edir Kədərli anlarınızda əlinizə fırça almaq keçir ürəyinizdən? Xeyr, qətiyyən. Məni hər kəs rəngarəng, al-əlvan rəssam kimi tanıyır. O pis əhval-ruhiyyə ilə kətanda işləyə bilmərəm. İstəmirəm ki, fırçamla kətanıma depressiv işlərin yol tapsın. Tablolarımda izləyiciyə pozitiv enerji aşılamağı qarşıma məqsəd qoyuram. Rənglərin o canlı və əlvan dünyası insanın ruhsal durumuna birbaşa xitab edir. Onsuz da dünya çox qarışıqdır, müharibələr, problemlər saysız-hesabsızdır. İnsan evə gələndə heç olmasa, divardan asdığı tablodan müsbət enerji almalıdır. Mən də çalışıram ki, o müsbət enerjini verim. Məncə, bu özü də xoşbəxtlikdir Ancaq bəzən deyirlər ki, sənət ağrıdan yaranır O, prosesdir. Həmin proses ağrılıdır, amma zövqlüdür. Çünki o bitəndə sən artıq darıxırsan və keçirsən ayrı prosesə Şairlərin, yazıçıların "sandıq ədəbiyyatı" olur. Bəs sizin kimsəyə göstərmədiyiniz rəsmləriniz varmı? Bəli, heç kimə göstərmədiyim əsərlərim var. Elə əsərlərdir ki, hələ onları üzə çıxarmağın vaxtı gəlməyib, gələcəkmi - bilmirəm. Bir növ onlar mənim sirrimdir. Bəziləri eskiz formasındadır, bəziləri hazır deyil, bəziləri isə hazırdır, amma üzə çıxarmaq istəmirəm Hazırda özünüzü hansı cərəyanın nümayəndəsi hesab edirsiniz? Bilmirəm. Sənətşünasların da hərəsi bir cür deyir. Amma mən onların dedikləri ilə tam razı deyiləm. Mənim üçün əsərdə əsas olan cərəyan deyil, ideyadır. Sənətşünaslıqdan anlayışı olmayan, "izm"ləri tanımayan sıravi tamaşaçı belə çəkdiyim hansısa əsərin qarşısında ayaq saxlayıb, diqqətlə baxırsa, deməli, o ideyanı verə bilmişəm. Əsas da elə budur Əvvəlki təhsiliniz rəngkarlıq olub, universitetdə isə dizayn ixtisasına keçmisiniz. Bunun səbəbi nə idi? Bu sənət də mənə maraqlı idi. Özümü sınamaq istəyirdim. Kim necə düşünür, bilmirəm, amma mənimçün dizayn, xüsusən qrafik dizayn da sənətdir. Mən hər zaman yeniliyə can atmışam. Bu yeni istiqamət də diqqətimi cəlb etdi. Sonradan da gördüm ki, məndə alınır. Ümumiyyətlə, hər şey sevgidən yaranır. Nəyi sevirsənsə, onda da uğurlu olursan. Mən də bu sənəti və bu janrı öncə sevdim Siz həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışırsınız. Öz dövrünüzü xatırlasanız, tələbə Mir Azərlə indiki tələbələriniz aranızda hansı fərqlər var? Onu tam mənası ilə müqayisə edə bilmərəm. Çünki dövr, zaman və imkanlar başqadır. İndi tələbələrimiz arasında çox istedadlı, yenilikçi, öz üzərində çalışan və yeni ideyalar təqdim etməyi bacaran tələbələrim var. Süni intellektin getdikcə inkişaf etdiyi zamanda tələbələrimə əsas məqsədim bu olur ki, ondan bir alət kimi istifadə edin, amma özünüz fikirləşin. Yəni ideyanı özünüz tapın. Bizim dövrdə alətlərimiz fırça, kətan, iynə idi, əlimizə keçən hər şeylə işləyirdik. Amma indiki tələbələrin əlinin altında hər şey var, bütün imkanlar açıqdır. Bu həm onların işini asanlaşdırır, həm də onlar üçün əngəllər yaradır. Biz o vaxt informasiyanı damla-damla öz gücümüz, axtarışımız nəticəsində əldə edirdik. Heç müəllimlər də informasiya vermək həvəsində deyildilər. Suallarımıza belə "get, fikirləş" cavabını verirdilər. Bu gün isə informasiya bolluğudur. Bir saniyədə nə qədər informasiya qəbul edirsən. İnsan beyni bu informasiya bolluğunun qarşısında tab gətirməyə məcburdur. Bu da onların həyatını, yaradıcılığını çətinləşdirir. Bəlkə də bizim o informasiya axtarışımız idi ki, beynimizi işlədirdik, yeni ideyalar yaranırdı, səhvlərimizi də, o səhvləri düzəltməyin yollarını da özümüz tapırdıq. Bu da təbii ki, inkişafa gətirib çıxarır. İndiki tələbələrdə xoşuma gəlməyən əsas cəhət tez təslim olmaqlarıdır. Təslim olmaq olmaz. Əgər öyrənmək, inkişaf etmək istəyirsənsə, sona qədər mübarizə aparmalısan Azərbaycanda ən çox beynəlxalq sərgilərdə iştirak edən, dünya rəssamları ilə də əlaqələri olan rəssamlardan birisiniz. Sizcə, müasir dövr Azərbaycan rəssamları ilə xarici rəssamlar arasında nə kimi fərqlər diqqət çəkir? Mən bunu çox müşahidə etmişəm. Hazırda Amerika, Şimali Avropa rəssamları çox məşhurdurlar. Onlarda şou güclüdür. Onlar kökə çox da önəm vermirlər. İşin şou tərəfinə önəm verirlər. Biz isə kökə əsaslanırıq, daha çox fəlsəfəyə üstünlük veririk. Elə burada da uduzuruq. O rəssamlar daha cəsur təsir bağışlayırlar. Sərhədləri, çərçivələri qırıb aşırlar. Biz isə özümüz özümüzü o çərçivənin içərisinə salırıq. Bu da məktəbdən irəli gəlir. Ola bilər ki, xalqımızın xarakteri, mentallıq da buna təsir edir. Amma son 15-20 ildə bizim də bəzi rəssamlarımızda o çərçivədən çıxmaq cəhdləri özünü göstərir ki, bu da özülüyündə maraqlı bir tendensiya yaradır

Kaynak: 525.az

Diğer Haberler