Tenqri
Ana Səhifə
Dünya

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) Şanxaydakı törəmə şirkəti olan “Hudong-Zhonghua” gəmiqayırma qrupu dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin inşasına başlayıb AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, tutumu 271 min kubmetr olacaq “QC-Max” tipli tanke

0 baxışazertag.az
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
Paylaş:

Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) Şanxaydakı törəmə şirkəti olan “Hudong-Zhonghua” gəmiqayırma qrupu dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin inşasına başlayıb AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, tutumu 271 min kubmetr olacaq “QC-Max” tipli tankerin uzunluğu layihə üzrə 344 metr, eni 53,6 metr olacaq “QatarEnergy” şirkətinin sifarişi ilə inşa olunan tanker modern membran saxlama sistemi ilə təchiz olunacaq. 2028-ci ildə istismara verilməsi planlaşdırılan tanker enerji səmərəliliyi və ətraf mühit göstəriciləri, eləcə də naviqasiya təhlükəsizliyi daxil olmaqla əsas göstəricilər üzrə fərqlənəcək CSSC 2024-cü ildə 18 ədəd “QC-Max” tipli tankerin inşası üçün “QatarEnergy”dən sifariş alıb. Sonradan daha 6 eynitipli tankerin inşası ilə bağlı müqavilə imzalanıb. Ümumi dəyəri 56 milyard yuan (təxminən 8,27 milyard dollar) olan bu müqavilələr dünyada ən iri gəmiqayırma sifarişidir Çinin LNG gəmiqayırma sahəsində qlobal bazar payı hazırda 30 faizi keçib. Təkcə “Hudong-Zhonghua” təxminən 60 LNG daşıyıcısı sifarişinə malikdir və istehsal cədvəli 2030-cu ilədək doludur. Qrup sifariş edilmiş gəmilərin ümumi yük tutumuna görə dünyada birinci yerdədir Qeyd edək ki, hazırda dünyanın ən iri LNG tankeri “Qatargas” şirkətinə məxsus “Q-Max” tipli 266 min kubmetrlik “Mozah”dır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler