Çində daşqınlara görə dördüncü səviyyəli fövqəladə vəziyyət elan edilib
Çinin Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı Hubey və Çunsin əyalətlərində daşqınlarla mübarizə üçün dördüncü səviyyəli fövqəladə vəziyyət elan edib "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb Hubey əyalətində daşq

Çinin Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı Hubey və Çunsin əyalətlərində daşqınlarla mübarizə üçün dördüncü səviyyəli fövqəladə vəziyyət elan edib "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb Hubey əyalətində daşqınların qarşısının alınmasına yardım göstərmək üçün əraziyə işçi qrup göndərilib Bundan başqa, qərargah 23-27 may tarixlərində əsas rayonlarda gözlənilən yeni güclü yağış dalğası ilə əlaqədar daşqınlarla mübarizə tədbirlərinin görülməsi üçün müvafiq nazirlik və qurumlarla məsləhətləşmələr aparıb Son məlumatlara görə, Çinin mərkəzi hissəsində güclü yağışlar nəticəsində həlak olanların sayı yeddi nəfərə çatıb, 14 nəfər itkin düşüb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


