İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Əshabi-Kəhf Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşən “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksi hər il minlərlə yerli sakin və xarici qonağın üz tutduğu dini-turizm məkandır Ziyarətgah Haçadağ və Nəhəcir dağları arasında, hündürlüyü 1665 metr yük

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Əshabi-Kəhf Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşən “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksi hər il minlərlə yerli sakin və xarici qonağın üz tutduğu dini-turizm məkandır Ziyarətgah Haçadağ və Nəhəcir dağları arasında, hündürlüyü 1665 metr yüksəkliyi olan dağda yerləşir. Əshabi-Kəhf ən qədim zamanlardan müqəddəs yer, Ulu Tanrıya inam, ümid bəsləyən insanların səcdəgahı kimi tanınır Aparılmış tədqiqatlar da sübut edir ki, “Qurani – Kərim”də adı çəkilən Əshabi-Kəhf məhz Naxçıvandadır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılıb “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksində son illərdə də yenidənqurma, bərpa və abadlıq işləri aparılıb. Ərazidə zəvvarlar üçün ayinləri icra etmək üçün şərait yaradılıb, məscid tikilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


